Cümə axşamı, 28 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransalı ekspert: “Ermənistana qarşı iddia Beynəlxalq Cinayət Məhkəməsinə verilməlidir”

Ermənistan doğma torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin həyatını təhlükəyə atmaqdan qorxmur”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında fransalı tədqiqatçı, Belçikanın Brüssel Azad Universitetinin professoru Sebastian Bussua deyib.

S.Bussua Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritəsini verməməklə öz torpaqlarına qayıtmaq istəyən məcburi köçkünlərin həyatını təhlükəyə atdığını bildirib:

 “Bu məsələdə biz açıq-aşkar beynəlxalq hüquqla tənzimlənən bir problemlə üz-üzəyik. Ümumiyyətlə, minalarla mübarizə Birləşmiş Millətlər Təşkilatının “gündəliyində” olan məsələlərdən biridir. 2017-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvləri tərəfindən 2 365 saylı qətnamə qəbul edilib və bu zaman üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərinə bir daha hörmət etməyə çağırılıblar. Burada müharibədən qalan partlayıcılar, ev şəraitində hazırlanmış partlayıcı qurğular və ümumiyyətlə, mülki şəxsləri, hüquq-mühafizə orqanlarını və hərbi qulluqçuları riskə atan bütün sursatlar nəzərdə tutulub.

Mətndə bildirilir: “Silahlı qarşıdurmaların bütün tərəfləri beynəlxalq humanitar hüquqa zidd olan partlayıcı qurğuların istifadəsinə dərhal və qəti son qoymalıdırlar”. Bu, mülki əhalinin və xüsusilə uşaqların qorunması deməkdir. Bu cihazların məhv edilməsi prioritet məsələdir. Ermənistan bunu etməli idi. İndi Azərbaycan öz ərazisini minalardan təmizləməyə hazırdır, lakin xəritəsiz necə etmək olar?”.

O qeyd edib ki, bölgə minalanmış qaldığı müddətdə sülh və yenidənqurma işində qəti bir irəliləyiş çətin olacaq:

“Unutmayaq ki, Qarabağda ermənilər də yaşayırlar. Bu ərazi nə qədər tez minalardan təmizlənərsə, o qədər də tez dinamik sülhün yaradılması üçün hər iki tərəfin səyi ilə region təhlükəsiz olar. Ermənistan Cənubi Qafqazda sülhün vəd etdiyi inkişafdan faydalanmaq üçün Bakı ilə tezliklə barışmalıdır”.

Fransalı ekspert vurğulayıb ki, Ermənistan öz xoşu ilə xəritələri təqdim etməsə, məhkəmə yolu ilə verməyə məcbur olacaq:

“Beynəlxalq hüquqda bu da nəzərdə tutulub ki, minaların təmizlənməsi işinə cəlb edilənlər, habelə BMT-nin sülhməramlı əməliyyatları çərçivəsində bu işlə məşğul olanlar üçün bütün imkanlar yaradılmalıdır. Bura öz növbəsində xəritələrlə təmin edilmə də aiddir. 1998-ci ildə piyada əleyhinə minaların istifadəsini qadağan edən Ottava Konvensiyası imzalanarkən də Ermənistan kənarda qalmışdı. Azərbaycan da bu konvensiyaya qoşulmamışdı. Lakin Azərbaycana məxsus torpaqları minalayan Ermənistan idi. Azərbaycanın geri aldığı ərazilərdə minaların yerini bildirməsə, Ermənistanın işini Birləşmiş Millətlər Təşkilatına və ya Beynəlxalq Cinayət Məhkəməsinə vermək lazım olacaq. Sülh prosesində irəliləmək üçün Ermənistanın müharibə cinayətləri məsuliyyəti məsələsi də araşdırılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"Mən gəldim..." - Qənirə Paşayevanın hər kəsi kövrəldən çıxışı

Blinkenin Əliyevdən istəkləri... - Ermənilərə görə İlham Əliyev niyə məsuliyyət daşımalıdır?

Rusiya Ermənistanın ittihamlarına cavab verdi... - Həqiqətən müttəfiqlik bitir?..

Komaya düşən Qənirə Paşayevanın son vəziyyəti - Video

Kreml Vardanyanın saxlanılmasına münasibət bildirib

İlhamla Fərizənin sevgi dastanı təkrarlandı - Video

Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb, Bakıya gətirilib - Rəsmi

Azərbaycan dilini ana dili kimi bilən Qarabağ erməniləri - Video

"Ermənilərin arasında da yaxşı insanlar var, gərək Allahla danışasan"

Federasiya Şurasının üzvü: "Rusiya Ruben Vardanyana kömək etməyəcək"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay