Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Zəngəzur dəhlizini açmalıdır – ABŞ jurnalından sensassiyalı məqalə

PİA.az ABŞ-ın Xarici siyasət araşdırmaları institutunun baş elmi işçisi Stiven Blankın Nationalinterest-də dərc edilən məqaləsini təqdim edir...

Rusiyanın qlobal tədarük yollarını blokadaya alması fonunda malların Şərqdən Qərbə daşınması üçün bir neçə məqsədəuyğun həll yolu var. Onların arasında ən optimalı kimi Zəngəzur dəhlizi görünür.

Cənubi Qafqazda baş verən son sərhəd toqquşmaları Ukraynadakı daha çox səs-küylü hadisələri, demək olar ki, kölgədə qoydu. 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra AzərbaycanErmənistan arasında yenidən başlayan hərbi əməliyyatlar qlobal əhəmiyyət kəsb edir. Bu iki ölkə arasında davam edən sülh danışıqları indi təhlükə altındadır və buna görə də dünya bazarının asılı olduğu hər iki ölkə vasitəsilə təhlükəsiz tranzit əlaqələri indi təhdid altındadır.

Ukraynadakı müharibə səbəbindən tranzit marşrutları artıq təhlükə altındadır. Enerji, ərzaq və ticarət mallarının tədarükündəki ciddi fasilələr bütün dünya iqtisadiyyatlarında seysmik şoklara səbəb olub. Moskvanın “Şimal axını 1” qaz kəmərinə çıxışını kəsməsindən sonra Avropada qazın, Qərbin sanksiyaları isə bütün dünyada əsas ərzaq məhsullarının qiymətlərini kəskin şəkildə qaldırdı.

Məhz bunun fonunda Ermənistan artıq Avropa ilə Asiya arasında mühüm yeni nəqliyyat marşrutunun – Zəngəzur dəhlizinin tikintisini gecikdirə bilməz. Uzun müddət müzakirə olunan, lakin hazırda Ermənistan tərəfindən bloklanan bu dəhliz Azərbaycanın cənub-qərb sərhədindən Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan anklavına, oradan da Türkiyəyə və onun hüdudlarından kənara çıxacaq. Bu, Rusiyadan yan keçə biləcək bir neçə Şərq-Qərb ticarət yollarından birinin ilkin halqasıdır. Əgər Ermənistan həqiqətən də onun böyük diasporunun iddia etdiyi kimi Qərbin dostudursa, o, danışıqlar masasına qayıtmalı və dərhal dəhlizin açılmasına icazə verməlidir.

Lakin bu müqavilənin şərtlərinə əsasən, Rusiya dəhlizə görə cavabdeh olaraq qalır – bu, gələcək maxinasiyalar üçün təhlükəli presedentdir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ötən ilin dekabrında ErmənistanAzərbaycanla üçtərəfli danışıqlardan sonra elan edilmiş düsturuna daha çox üstünlük verilir. Mişelin planı hər bir ölkəyə dəhlizin öz ərazisindən keçən hissəsinə nəzarət etməyə imkan verəcək və üçüncü tərəflərin manipulyasiyasına yer qoymayacaq.

Təəccüblü deyil ki, Aİ müəyyən müvəffəqiyyətlə danışıqları yenidən müzakirə etməyə və Moskvanın vəziyyəti manipulyasiya etmək cəhdlərinə mane olmağa çalışır. Rusiyadan yan keçərək təhlükəsiz “cənub dəhlizi” axtarışı yeni deyil, lakin qlobal geosiyasətdə mövcud vəziyyət aktuallığın yeni səviyyəsini diktə edir. Nəzəri cəhətdən ən asan nəqliyyat yolu İrandan keçməlidir. Bununla belə, ABŞ-ın sanksiyaları və İran dəmir yollarının xroniki maliyyə çatışmamazlığını nəzərə alsaq, bunu təhlükəsiz və ya etibarlı variant kimi görmək çətindir. Bu, həll yolu kimi Cənubi Qafqazı göstərir.

Türkiyə, Gürcüstan və Azərbaycan arasında uğurlu əməkdaşlıq Avropanı həyati əhəmiyyətli Xəzər qazı və digər resurslarla təmin edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu və Cənub Qaz Dəhlizi boru kəmərləri kimi yeni əlaqələrin yaradılmasına səbəb olub. Qazaxıstan və Özbəkistan kimi keçmiş sovet respublikaları Rusiyanın blokadasına cavab olaraq Azərbaycan üzərindən yanacaq və mal göndərməyə başlayanda bu təşəbbüs daha da inkişaf etdirildi.

Bununla belə, Cənubi Qafqaz marşrutundan istifadənin də çatışmazlıqları var. 2008-ci ildə Rusiya Gürcüstana hücum etdi. Hərbi əməliyyatlar Rusiyanın Gürcüstanda – Abxaziya və Cənubi Osetiyada iki marionet “respublika” üzərində nəzarətini təmin etməkdən ibarət idi. Rusiya tankları hələ də Gürcüstanın paytaxtı Tbilisidən cəmi qırx mil aralıda yerləşir.

Xoş olmayan əlamətlər Rusiyanın növbəti müdaxiləsi təhlükəsini göstərir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qeyd edib ki, “Ukraynadan sonra növbəti hədəf Gürcüstandır”. Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının yüksək rütbəli üzvü olan Dmitri Medvedev sosial şəbəkədə Qazaxıstan və Gürcüstanı “süni” yaradılış adlandırıb və qeyd edib ki, “Kiyev azad edildikdən sonra Rusiya yenidən birləşəcək”. Mesaj on dəqiqə sonra silinsə də, günahı “hakerlər”in üzərinə atsalar da, bu, yalnız Rusiyanın mümkün gələcək niyyətləri ilə bağlı şübhələri təsdiqlədi. Ona görə də Gürcüstandan keçən dəhliz nə uzunmüddətli investisiyalar üçün etibarlı həll yolu, nə də Rusiyanın müdaxiləsindən tamamilə təcrid olunmuş marşrutdur.

Ən yaxşı həll yolu Bakıdan Türkiyənin şərq vilayəti olan Qarsa və İranla sərhəd yaxınlığında Ermənistan ərazisindən keçən strateji nəqliyyat marşrutunun bir hissəsi olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi Sakit və Atlantik okeanları arasında ən qısa quru nəqliyyat marşrutuna çevriləcək.

Ermənistan qlobal təchizat zəncirinin çatışmayan halqasını açmaqdan böyük fayda əldə edəcək. Lakin indiyə qədər Ermənistan öz öhdəliklərindən imtina etməyə çalışıb. Xarici siyasətdə Qərblə tərəfdaşlıqdan danışılsa da, reallıq fərqlidir. Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən və asılılarındandır və bu, ölkə rəhbərliyi üçün ciddi siyasi dilemma yaradır. Ermənistan Zəngəzur dəhlizinin qarşısını almaqda davam etməklə, Moskvanın dünya iqtisadiyyatını boğaraq ələ keçirmək senarisi ilə oynayır.

Populist anti-Türkiyə və anti-Azərbaycan ritorikası qonşuları ilə münasibətləri normallaşdırmaq üçün erməni siyasətçilərinin istifadə etdiyi məkanı daraldıb. İndi Ermənistanın ABŞAvropadakı güclü və səsli diasporunun qəti şəkildə iddia etdiyi kimi, Qərbin dostu olub-olmaması barədə qərar vermə vaxtıdır. Əgər belədirsə, o zaman Azərbaycanla sülh danışıqlarını bərpa etməli və Zəngəzur dəhlizinin açılmasına kömək etməlidir. Rusiyanın qlobal tədarük yollarının blokadası şəraitində, Şərqdən Qərbə malların daşınması üçün bir neçə səmərəli həll yolu var. Onların arasında ən optimalı kimi Zəngəzur dəhlizi görünür. (Qaynarinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar