Bazar ertəsi, 04 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan hakimiyyəti KTMT-nin hərəkətsizliyi ilə barışmayacaq – Simonyan

Ermənistan parlamentinin sədri: Ümid edirik ki, tərəfdaşlarımızın ağlı başına gələcək və Ermənistanın sərhədinin həm də KTMT-nin sərhəddi olduğunu başa düşəcəklər…

“Dünən Paşinyan KTMT-nin bəyannaməsini və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib və bu imtinanını sənədin yarımçıq olması ilə əsaslandırıb. Ermənistan ümid edir ki, düzəlişlər edildikdən sonra sənədlər imzalanacaq”.

PİA.az xəbər verir ki, bunu Ermənistan Milli Şurasının sədri Alen Simonyan “Azadlıq Radiosu”na müsahibəsində deyib.

O, qeyd edib ki, Paşinyan Ermənistan tərəfinin konkret hansı təkliflərlə çıxış etdiyini açıqlamayıb.

Ermənistan parlamentinin sədri bildirib ki, onun ölkəsi KTMT-dən olan müttəfiqlərinin öz fikirlərini dəyişəcəklərinə ümid edir:

“Biz ümid edirik ki, KTMT-dən ola müttəfizlərimiz öz fikirlərini dəyişib heç olmasa bu ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı həyata keçirdiyi təcavüzə siyasi qiymət verəcəklər”.

Alen Simonyan bəzi məslələrə də aydınlıq gətirib. O, bildirib ki, dünən Paşinyan yekun bəyanatı imzalamaqdan imtina edib. Çünki biz KTMT Ermənistanın üzmidlərini doğrultmayıb.

Ermənistan MŞ sədrinin sözlərinə görə, erməni tərəfinin narazılığına səbəb həm də Azərbaycan qoşunlarının Ermənistan ərazilərindən çıxarılması ilə bağlı tələb sənəddə öz əksini tapmayıb.

“Verilən qiymət bizim üçün yetərli deyil. İronik olan odur ki, KTMT hərbi-siyasi strukturdur, bizim hərbi-siyasi birlikdən siyasi qiymət gözləntimiz var idi və bu gözləntimiz də özünü doğrultmadı, ona görə də sənədləri imzalamamaq qərarına gəldik. Ümid edirik ki, tərəfdaşlarımızın ağlı başına gələcək və Ermənistanın sərhədinin həm də KTMT-nin sərhəddi olduğunu başa düşəcəklər”, - deyə parlamentin spikeri vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polislərə müqavimət göstərərək daşla xəsarət yetirməyə cəhd edənlər həbs edilib

DİN-dən Qəbələdəki görüntülərlə bağlı açıqlama

Güclü qar Moskvanı iflic edib – Təyyarə reysləri təxirə salınıb

Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb - Video

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Qəzzada münaqişə başlayandan bəri ölənlərin sayı açıqlandı

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 800 tunelini aşkar edib

Hindistanın hakim partiyası seçkilərdə dörd əsas ştatdan üçündə qalib gəlib

Nurlan Əzizbəyli “ulduz”lardan danışdı: “Toya getdikləri qiymət dodaq uçuqladır” 

Ən çox oxunanalar