Bazar ertəsi, 04 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süleyman Soylu BƏƏ-dən Sedat Pekeri istəyib?

Türkiyə daxili işlər naziri Süleyman Soylu Birləşmiş Ərəb Əmirliklərinə səfər edib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə daxili işlər naziri Süleyman Soylu həbs edilməsi barədə qərar çıxarılan kriminal təşkilat lideri Sedat Pekerin yaşadığı Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Soylu baş nazirin müavini və daxili işlər naziri Əl Nahyanla görüşüb.

Rəsmi səfəri çərçivəsində BƏƏ-nin paytaxtı Əbu-Dabiyə gələn nazir Soylunu Abu Dabi hava limanında baş nazirin müavini və daxili işlər naziri Əl Nahyan, Türkiyənin Əbu Dabi səfiri Tuqay Tunçer və digər rəsmi şəxslər qarşılayıb.

Soylu və Əl Nahyan BƏƏ Daxili İşlər Nazirliyinin binasında nümayəndə heyətləri arasında təkbətək görüş keçirib. Nümayəndə heyətləri arasında keçirilən görüşdə nazir müavini İsmail Çataklı, səfir Tunçer və polis rəisinin müavini Rəsul Holoğlu da iştirak edib.

Birləşmiş Ərəb Əmirlikləri kriminal təşkilat lideri Sedat Pekerin vətəni kimi tanınır. Barəsində qırmızı bülleten çıxarılan Pekerlə bağlı vəkili Ersan Barkın məsələ ilə bağlı: “Interpol-un yalnız müdafiə üçün verdiyi qırmızı bildirişin əhatə dairəsi “bütün dünyada axtarılır” olaraq genişləndirildi”, deyib. Daxili işlər naziri Süleyman Soylunun səfəri zamanı Pekerin Türkiyəyə qaytarılmasının gündəmə gələ biləcəyi ehtimal edilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polislərə müqavimət göstərərək daşla xəsarət yetirməyə cəhd edənlər həbs edilib

DİN-dən Qəbələdəki görüntülərlə bağlı açıqlama

Güclü qar Moskvanı iflic edib – Təyyarə reysləri təxirə salınıb

Paşinyan “Hayastan” Fondunun 100 milyon dollarını mənimsəyib?

Şəhriyar qəsəbəsinin iki min nəfərin yaşadığı bir hissəsi susuz qalıb - Video

Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Qəzzada münaqişə başlayandan bəri ölənlərin sayı açıqlandı

Ən çox oxunanalar