Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranla bağlı proseslər hələ indi başlayır” - Qabil Hüseynli

İran ətrafında ardıcıl yaşanan hadisələrdə “gizli əllər” var?..

Politoloq: “Belə hadisələri təsadüfi hesab etmək mümkün deyil”.

“İsrailin cavab zərbələri hələ ki, tam yerinə yetirilməyib. Bu prosesə ABŞ-da qoşula bilər”.

Bu sözləri politoloq Qabil Hüseynli ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin İsrail səfərindən sonra baş verənləri PİA.az-a şərh edərkən qeyd edib.

Bir müddət əvvəl ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər etdi və bir sıra rəsmi şəxslərlə görüşdü. Bu səfərdən sonra Misir Prezidenti Sisi Azərbaycana gəldi. Həmin gün Tehrandakı səfirliyimizə hücum oldu, ardınca İsraildə silahlı teror hücumları qeydə alındı. Sonra isə İsrailin İranda hava hücumuna başladığı iddia edildi, ölkədə yüzlərlə insanın yaralanması ilə nəticələnən zəlzələ baş verdi.

Bəs ardıcıl yaşanan hadisələr təsadüfdür, yoxsa proseslərdə maraqlı olan və qarşıya konkret məqsədlər qoyan “gizli əllər” var?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Gələcəkdə bu proseslərin inkişaf edəcəyini də söyləmək mümkündür”.

Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum İranın artıq bütün qırmızı xəttləri keçdiyini bəyan etməsi kimi qiymətləndirən politoloq PİA.az-a bildirib ki, bu səbəbdən də İrana qarşı planlarla ilk hərbi əməliyyatlar həyata keçirildi:

“Belə hadisələri təsadüfi hesab etmək mümkün deyil. Hadisələr içində bir Xoydakı zəlzələni təsadüflə qiymətləndirmək olar. Çünki zəlzələ təbii fəlakətdir. Amma yerdə qalan hadisələrin arasında zəncirvari bir əlaqə var. İsrail İranı çoxdan cəzalandırmaq istəyirdi. Tehranın nüvə silahına can atması və müqavilə bağlayıb Qərbi aldatması artıq bir fakt idi.

Son günlərdə isə Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum İranın artıq bütün qırmızı xəttləri keçdiyini bəyan edirdi. Bu səbəbdən də İrana qarşı planlarla ilk hərbi əməliyyatlar həyata keçirildi. Bütün dünya mətbuatı və dünyanın aparıcı dövlətləri hesab edirlər ki, İrana qarşı aparılan əməliyyatlar uğurlu olub. Tehranın bir sıra mühüm hərbi obyektləri sıradan çıxarılıb. Üstəlik də İrana ciddi göz dağı verilib. Belə hesab edilir ki, İran təlaş və qorxu içərisindədir.

Qabil Hüseynli: “Bütün dünya mətbuatı və dünyanın aparıcı dövlətləri hesab edirlər ki, İrana qarşı aparılan əməliyyatlar uğurlu olub”.

Həmçinin də İsrailin cavab zərbələri hələ ki, tam yerinə yetirilməyib. Bu prosesə ABŞ-da qoşula bilər. Eyni zamanda daxildəki ayaqlanmalar, inqilabi proseslər isə bu hadisələrdən sonra daha da surətlənibdir. Zənnimcə, daxildə olan anti-molla inqilabının tərəfdarları daha da ruhlanıblar.

Buna görə də burada səbəb nəticə əlaqəsinin kökündə İrandakı molla rejimi, onun bütün dünyaya sovurduğu təhdidlər, təzyiqlər durur. Xüsusilə qonşuları ilə yaşadığı qeyri-qanuni və beynəlxalq normalara uyğun gəlməyən hərəkətləri İsraili də, ABŞ-ı da çilədən çıxardı. Belə bir nəticə alındı. Amma proseslər hələ indi başlayır. Gələcəkdə bu proseslərin inkişaf edəcəyini də söyləmək mümkündür”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar