Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın BMT-dəki nümayəndəsi: ABŞ-ın sanksiyaları təsirsiz olacaq…

İran ABŞ-ın yeni sanksilayalırının PUA istehsalına təsir göstərmədiyini bildirib…

PİA.az xəbər verir ki, bu barədə Reuters Agentliyinin məlumatında bildirilir.

ABŞ Ticarət Departamenti bildirib ki, çərşənbə axşamı Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya hücum üçün istifadə etdiyi pilotsuz təyyarələrin istehsalına görə İranın yeddi müəssisəsinə yeni ticarət məhdudiyyətləri qoyub.

Həmin qurumlar ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd fəaliyyətlərlə məşğul olanlar üçün tərtib olunmuş ABŞ-ın ixrac nəzarəti siyahısına əlavə edilib.

Ticarət Departamentinin müəssisələr siyahısına əlavələr hökumətin gündəlik jurnalı olan ABŞ Federal Reyestrində ilkin təqdimatda yerləşdirilib və çərşənbə günü rəsmi olaraq dərc olunacaq.

Siyahının başında gələn İran təşkilatlaı bunlardır: Təyyarə Mühərriklərinin Dizaynı və İstehsalı, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri, İslam İnqilabı Keşikçiləri Korpusunun Tədqiqat və Özünütəminat Cihad Təşkilatı, “Oje Pərvaz Mado Nafar” şirkəti,” Paravar Pars” şirkəti, “Qods” Aviasiya Sənayesi və “Şahed” Aviasiya Sənayesi şirkətidir.


Rusiya 2022-ci ilin fevralından Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ABŞ və 30-dan çox başqa ölkələr Moskvanın texnologiyaya çıxışını məhdudlaşdırmaq üçün ixrac nəzarətindən istifadə edərək onun hərbi və müdafiə sənayesi bazasını dağıtmağa çalışır.

Hər hansı bir təchizatçının mal və texnologiya göndərməsi üçün lisenziyalar tələb olunur, lakin qida və dərman üçün olanlardan başqa, həmin müəssisələr rədd cavabı veriləcəyi gözlənilir. Lisenziyalara ayrı-ayrılıqda baxılacaq.

İranın Nyu-Yorkdakı çalışan BMT-dəki missiyasının nümayəndəsi bu məsələyə münasibət bldirərkən deyib:

"Sanksiyaların İranın pilotsuz təyyarələrin istehsal gücünə heç bir təsiri yoxdur, çünki PUA-ların detalalrının hamısı yerli istehsaldır. Bu, Ukraynada vurulan və hissələri Qərb ölkələri tərəfindən istehsal edildiyi PUA-ların İrana aid olmadığının bariz göstəicisidir”.

Qeyd edək ki, Rusiyaya kamikadze dronlar satan İran Qərb dövlətlərinin qəzəbinə tuş gəlib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar