Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qadın killer tutaraq sevgilisini öldürtdü

Hadisə 2018-ci ildə baş verib...

İtkin düşən Quba sakininin axtarışları zamanı ağır cinayətin üstü açılıb. Məlum olub ki, həmin şəxsi sevgilisi killer vasitəsilə öldürtdürüb.

Baku.ws xəbər verir ki, hadisə 2018-ci ildə baş verib.

Belə ki, 2018-ci ilin iyul ayında Quba sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb. Daha sonra məlum olub ki, İ.Fərhadovu qeyri-rəsmi nikah münasibətində olduğu Əzizə Sadıqovanın sifarişi ilə 38 yaşlı Şahsuvar Əsədov tüfənglə qətlə yetirilib. O, meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb. Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov saxlanılıb. Killer sifarişçinin adını istintaqa deyib.

Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adamöldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əsədov 19 il, Ə.Sadıqova 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya və kassasiya şikayəti veriblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb.

pia.az


Etiket: qadın killer qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

İsraildə “iflic həftəsi” elan edildi: Netanyahu gedəcəkmi?..

Ən çox oxunanalar