Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş olub

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər...

PİA.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin bütün dünya üçün nümunə olduğunu vurğulayıb. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edən komitə sədri bildirib ki, Türkiyənin Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktını ilk qınayan ölkə olması da dediklərimizi bir daha təsdiqləyir.

Əhliman Əmiraslanov ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdirilməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, hər iki lider ümumbəşəri siyasət yürüdür və regionda sülhün və sabitliyini tərəfdarıdırlar.

Türkiyənin yeni prezident seçkiləri ərəfəsində olduğunu bildirən komitə sədri seçkilərdə qardaş ölkəyə uğurlar arzulayıb.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım qırılmaz tellərlə bir-birinə bağlı olan Türkiyə və Azərbaycan əlaqələrindən danışıb və Ulu Öndər Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsində rolunu vurğulayıb.

Azərbaycanın regionda sülh və sabitlik istədiyini deyən TBMM-in Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Laçın-Xankəndi yolundakı aksiyaya da münasibət bildirib. O, vurğulayıb ki, Azərbaycan ekoloqlarının və fəallarının etirazı haqlıdır. Çünki ölkənin sərvətləri talanır. O, dostluq qrupu olaraq Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıb.

Söhbət zamanı Şamil Ayrım Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycanda və Türkiyədə keçiriləcək tədbirlərdən də danışıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Fəzail Ağamalı, Vahid Əhmədov, Sadiq Qurbanov, Hicran Hüseynova və TBMM-in deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Tülay Kaynarca iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclisin deputatları Eldar İbrahimov, Eldar Quliyev, Fazil Mustafa, Məlahət İbrahimqızı, Anar Məmmədov, Nizami Səfərov, Əminə Ağazadə, Jalə Əliyeva, Azay Quliyev, Ramin Həsən də iştirak ediblər.

Fotolar

pia.az

 

 

 

 

 


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar