Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Formula 1": Gənclər günü ilə əlaqədar endirimli biletlər satışa çıxarılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2 fevral - Gənclər Günü ilə əlaqədar "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün endirimli biletləri satışa çıxarır...

BŞH-dan PİA.az-a verilən məlumata görə, bu il daha çox yerli gəncin yarış həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50% endirimlə təklif olunur. Bu, yalnız tələbələr üçün nəzərdə tutulub və biletlər məhdud saydadır.

Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur. Onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər.

Endirimli biletləri yalnız aşağıdakı satış məntəqələrindən hərəyə 1 ədəd olmaqla əldə etmək olar:

“28 Mall” Ticarət Mərkəzi
“Gənclik Mall” Ticarət Mərkəzi
Heydər Əliyev Sarayı
Köşk №1 (M.Rəsulzadə 3)
Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)
1 saylı "ASAN xidmət” mərkəzi
2 saylı "ASAN xidmət” mərkəzi
3 saylı "ASAN xidmət” mərkəzi
4 saylı "ASAN xidmət” mərkəzi
Sumqayıt "ASAN xidmət" mərkəzi

Endirim kampaniyası fevralın 5-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq və Bakı ilk dəfə sprint yarışına ev sahibliyi edəcək.

pia.az


Etiket: Formula 1


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

İsraildə “iflic həftəsi” elan edildi: Netanyahu gedəcəkmi?..

Ən çox oxunanalar