Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirin Gənclər Paytaxtı seçilməsi ilə bağlı tədbir keçirilib

"Report"un məlumatına görə, tədbir Mingəçevir şəhəri Heydər Əliyev mərkəzində baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin sədr müavini, millət vəkili Əli Hüseynli, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk söz Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynliyə verilib.

Millət vəkili öz çıxışında Gənclər gününün önəmindən bəhs edərək bildirib ki, məhz Heydər Əliyev ilində Mingəçevirin Gənclər Paytaxtı seçilməsi xüsusi hadisədir. O, gənclərin dövlət idarəçiliyindəki önəmli rolundan, müstəqilliyimizin qorunmasındakı xüsusi xidmətlərindən bəhs edib.

Gənclər və İdman naziri Fərid Qayıbov da çıxışında Gənclər gününün tarixindən bəhs edib və bildirib ki, həm MDB məkanında, həm də BMT-də ilk dəfə bu günün təsis edilməsi Azərbaycanda olub. O, ölkə başçısı, Prezident İlham Əliyevin gənclərə olan qayğısından bəhs edərək vurğulayıb ki, ilk dəfə gənclər günü paytaxtdan kənarda, Mingəçevirdə keçirilib. Nazir qeyd edib ki, Mingəçevirin Gənclər Paytaxtı seçilməsi münasibətilə il ərzində həm bu şəhərdə, həm də digər regionlarda gənclərlə bağlı silsilə tədbirlər həyata keçiriləcək.

Gənclər Fondunun prezidenti Fərid Cəfərov da çıxışında Gənclər Paytaxtı seçilən Mingəçevirin ölkənin ictimai-siyasi həyatındakı önəmindən bəhs edib. O, vurğulayıb ki, Mingəçevir gəncləri hər zaman olduğu kimi, bu il ərzində də aktivlik göstərəcəklər.

2022-ci ildəki uğurlu fəaliyyətə görə Binəqədi, Xəzər və Gəncə Gənclər evi xüsusi mükafata layiq görülüblər.

Daha sonra təhsil, mədəniyyət, ədəbiyyat, İKT, tibb və digər sahələrdə fərqlənən gənclərə mükafatlar təqdim olunub. Gənclərin mükafatlarını Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Milli Məclisin sədr müavini Əli Hüseynli təqdim ediblər.

Gənclər Paytaxtının rəmzi açarı Tovuzdan alınaraq Mingəçevirə verilib.

Sonda Mingəçevirin 2023-cü ilin Gənclər Paytaxtı seçilməsi münasibətilə şəhərin loqosu təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Fotolar

pia.az


Etiket: Mingəçevir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar