Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşların bədbəxtliyi üzərində öz xoşbəxtliyini quran banklar

Məhkəmə çəkişmələri, skandal siyahı...

Keçən həftə bankların fəaliyyəti haqda yayılan xəbərlər az qala göz qamaşdırırdı: mənfəətləri və gəlirləri haqda az qala reklam buroşuru paylamağa hazır olan həmin banklar bu qədər qazancı haradan və necə əldə etdiklərini açıqlamırdılar. Milyonları halal yolla əldə etmiş kimi davranan bankların əslində mənfəət qaynağı haradandır? Ancaq bankların məhkəmə proseslərini izlədikdən sonra tam qənaətə gəlirsən ki, bunlar vətəndaşın bədbəxtliyi üzərində xoşbəxtlik qurublar.

Bu məsələnin digər tərəfi də var: bankın sahibi etimad göstərib yüksək maaşla rəhbər təyin edir. O da nə yolla olursa olsun, bankın gəlirlərini artırmaqla, bank sahibinə göstərmək istəyir ki, əslində işləyirəm, ona görə də bank mənfəətlə çalışıb.

Təbii ki, hər bir Azərbaycan vətəndaşının xəyal qurduqları məbləği aylıq maaş olaraq alan banklara rəhbərlik edənlər bunu dərindən düşünməlidir ki, bu işləmək deyil, xalqı, vətəndaşı soymaqdır. Bunu bilmək çətin deyil.

Tribunainfo.az təkcə yanvar ayı üçün bankların məhkəmə proseslərini təqdim etməklə onların iş metodunun nədən ibarət olduğunu ortaya qoyur. Təxminən bankların təkcə yanvar ayı üçün 5 mindən çox məhkəmə prosesinin şahidi olduq. Etdiyimiz müşahidələr onu deməyə imkan verir ki, vətəndaşın evinin əlindən alınması hesabına olsa da, krediti vətəndaşın əmlakına yönləndirmək hesabına olsa da, təki bank mənfəət gətirsin. Rübün sonunda pəh-pəhlə mediaya məlumat verək ki, bankın filan qədər qazancı var. Amma normalda vətəndaşı və ya vətəndaşın yaratdığı şirkəti məhkəməyə vermək, əlində olanları zor gücünə almaq bankçılıq deyil. Normalda bankların kredit verən şəxsin analizini aparan şöbə və ya mütəxəssis olmalıdır ki, bankların cəmiyyətdəki soyğunçuluq imicini aradan qaldırsınlar. Fevral ayı üçün etdiyimiz araşdırmaya da təəcüblənmədik. Ağız dolusu mənfəət, qazanc deyən bankların ümumi məhkəmə sayı 1000- dən çoxdur. İndi isə siyahı ilə tanış olaq;

1.“ACCESSBANK” QSC- 208

2. “AFB BANK” ASC- 3

3. “AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” -121

4.“AZƏRBAYCAN SƏNAYE BANKI” -2

5.“AZƏR-TÜRK BANK” ASC -52

6. “BANK AVRASİYA” ASC -2

7. “BANK OF BAKU” ASC -172

8. BANK “BTB” ASC – 32

9. “BANK RESPUBLİKA” 57

10. “PREMİUM BANK” ASC –

11. BANK VTB (AZƏRBAYCAN) ASC -103

12. “EXPRESSBANK” ASC -66

13. “GÜNAYBANK“ ASC -2

14. “KAPİTAL BANK” ASC -405

15. MELLİ İRAN BANKI BAKI FİLİALI -13

16. “MUĞANBANK” ASC -42

17. “NAXÇIVANBANK” ASC -41

18. “YELO BANK” ASC -175

19. “PAŞA BANK” ASC -29

20. “RABİTƏBANK” ASC -64

21. “TURANBANK” ASC—55

22. “UNİBANK” ASC -264

23. “XALQ BANK” ASC -29

24.”YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC -36

25. “ZİRAAT BANK AZƏRBAYCAN” ASC -4

pia.az

 


Etiket: Banklar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar