Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ətrafında beynəlxalq koalisiyanın qurulma ehtimalı var?

İsrail-ABŞ tandeminin Tehrana qarşı siyasətinin kəskinləşdirdiyi görünür...

Politoloq: “İrana qarşı beynəlxalq koalisiyadan danışmaq hələ tezdir”.

“Digər ölkələr İsrail və ABŞ-ın onların əli ilə İrana qarşı addımların atılmasını istəmirlər”.

Bu sözləri politoloq İlqar Vəlizadə İran ətrafında beynəlxalq koalisiyanın qurulması ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

İsrailin bir neçə gün öncə İrana məxsus hərbi-strateji obyektlərə zərbə endirməsi ciddi rezonans doğurdu. Bu hadisə həm də İsrail-ABŞ tandeminin Tehrana qarşı siyasətini kəskinləşdirdiyini göstərir. İran ətrafında beynəlxalq koalisiyanın qurulması ehtimalını necə dəyələndirmək olar? Eyni zamanda Tehranın müttəfiqlərini də hədəfə gələ bilərmi və baş verən proseslər ErmənistanRusiyaya necə təsir edəcək?

İran ətrafında baş verənləri PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Faktiki olaraq açıq şəkildə İranı dəstəkləyən heç bir ölkə yoxdur. Bu da onların dərdidir”.

ABŞ və İsrailin kifayət qədər öz güclərinə arxalanan dövlətlər olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, buna görə də İrana qarşı onlara heç koalisiya lazım deyil:

İrana qarşı beynəlxalq koalisiyadan danışmaq hələ tezdir. Vaxtıyla Tramp administrasiyası belə bir cəhd göstərmişdi. Amma nəticədə İrana qarşı koalisiya yaranmadı. Çünki İranla bağlı müxtəlif ölkələrin öz marağı var. Eyni zamanda İranla bağlı ölkələr arasında müəyyən təzadlar var. Məsələn İsraillə həmin ölkələrin arasında müəyyən təzadlar var. Buna görə geniş miqyaslı koalisiya yaradılmadı.

Əslində, indi də İrana qarşı koalisiya qurmağı heç kəs düşünmür. ABŞ və İsrail kifayət qədər öz güclərinə arxalanan dövlətlərdir. Buna görə də İrana qarşı onlara heç koalisiya lazım deyil. Amma onu da qeyd edim ki, İranın apardığı xarici siyasətə görə ona qarşı olan ölkələrinin sayının artması gözləniləndir. Bu danılmaz faktdır və əlbəttə ki, Tehranın xeyrinə deyil.

Sadəcə olaraq bir çox ölkələr İranla birbaşa danışıq aparmaqdan çəkinirlər. Çünki bu zaman həmin ölkələrin öz maraqları müəyyən dərəcədə zərbə altına endirilmiş olur. Bunu da həmin ölkələr istəmirlər. Əlbəttə, ABŞ-İsrail tandemi bu məsələdə də fəal rol oynayır. Digər ölkələr isə kənardan bu məsələni izləyirlər və birbaşa müdaxilə etmək istəmirlər. Burada bir məqam da var ki, digər ölkələr İsrail və ABŞ-ın onların əli ilə İrana qarşı addımların atılmasını istəmirlər.

İlqar Vəlizadə: “İranın apardığı xarici siyasətə görə ona qarşı olan ölkələrinin sayının artması gözləniləndir”.

Tehranın müttəfiqləri tam mənada müttəfiq rolunu oynaya bilərmi? Məsələn Ermənistan KTMT-nin üzvüdür. Eyni zamanda Ermənistan Rusiyanın əlində alət olan bir ölkədir. Yerəvan tam olaraq bu məsələdə İrana dəstək verə bilərmi? Bundan əlavə ABŞ-da Ermənistanın təsirli lobbisi var. Düşünmürəm ki, ABŞ-da olan erməni lobbisi açıq olaraq İranpərst olacaqlar və onlara dəstək verəcəklər. Buna görə də Ermənistan da bu məsələdə ehtimalla davranır.

İranın digər mütəffiqi isə Rusiyadır. Rusiya açıq-aşkar İrana dəstək göstərsə, bu zaman regionun anti-İran dövlətlərinə qarşı çıxmış olur. Bunun da Rusiyanın xeyrinə olmasına inanmıram. Çünki bu zaman Rusiyanın Azərbaycanla münasibətləri tam kornala, Türkiyə ilə münasibətləri də korlana bilər. Eyni zamanda Rusiyanın Ərəb ölkələri ilə münasibətləri korlana bilər. İnanmıram ki, bunu Rusiya istəsin. Buna görə də Rusiya İrana açıq dəstək verməyəcək.

İlqar Vəlizadə: “İran bu işdə təklənəcək və onlar bunu çox gözəl başa düşürlər”.

Tehranın digər mütəffiqi Suriyadır. Suriyanın da indi başı özünə qarışıb. O İrana köməklik göstərə bilməz. Həmçinin müttəfiq olan İraqın da öz problemləri kifayət qədərdir. Düzdür, İraqda hakimiyyətə İranpərstlər gəlib. Amma İraqın öz problemləri başlarından aşır. İraq İrana açıq dəstək versələr, bu zaman öz Ərəb həmkarları ilə münasibətləri pozmuş olur.

Faktiki olaraq açıq şəkildə İranı dəstəkləyən heç bir ölkə yoxdur. Bu da onların dərdidir. İran təkdir. İran bu işdə təklənəcək və onlar bunu çox gözəl başa düşürlər. Tehran xarici siyasətdə təzadlı addımlar atsa da, ehtiyyatlı da davranır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar