Şənbə, 01 Aprel 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayın sabiq icra nümayəndəsinə şərti cəza verilib

Rəşad Şükürov CM-nin 312-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinib...

Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Rəşad Şükürovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

APA-nın əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib.

Rəşad Şükürov CM-nin 312-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinib.

Lakin təqsirləndirilən şəxsə münasibətdə CM-in 70-ci ( şərti məhkum etmə) maddəsi tətbiq edilib. Rəşad Şükürova yekun olaraq 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Rəşad Şükürova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaqın gedişi zamanı rüşvət alma ilə bağlı ittihamlar CM-nin 178-ci ( dələduzluq) maddəsinə tövsif edilib.

Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilib, sonradan isə ev dustaqlığına buraxılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zelenski Rusiya ilə sülhün şərtini açıqlayıb

İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - Foto

Azərbaycanlı qızdan ölkədə yeganə nəticə: Harvard Universitetinə qəbul olub - Foto

Bahalaşma və şadlıq sarayları: “İndi 200-300 nəfərlik toy edən yoxdur”

Tibb təhsili olmadan diş həkimliyi edənlər - Video

Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağı dalğalandırdılar - Video

Körpələrə işgəncə verilən “Sevgi evi” sığınacağının rəhbərinin məhkəməsi başladı

Zakir Həsənov yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizlə bağlı göstəriş verdi

Çörək qırıntıları ilə böyüdü, erməni terrorunda həlak oldu: Böyük bəstəkarımızın faciəvi həyatı - Foto

Güclü yağış Hövsanda bir sıra fəsadlar yaradıb 

Albaniyalı hücumçu: "Qarabağ"da çoxlu qol vuracağıma inanıram"

Ən çox oxunanalar