Vaşinqton Rusiya alüminiumuna 200% rüsum tətbiq edə bilər...
PİA.az xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.
Bloomberg mənbələrə istinadən xəbər verir ki, ABŞ cari həftə ərzində Rusiya alüminiumuna 200% rüsum tətbiq etmək istəyir. Belə ki, Ağ Ev Rusiya-Ukrayna münaqişəsinin ildönümünün yaxınlaşması ilə əlaqədar Rusiya hakimiyyətinə təzyiq etməyi planlaşdırır. Agentliyin mənbələrinin fikrincə, bu cür sanksiyalar faktiki olaraq Rusiyadan alüminium idxalını dayandıracaq.
Mənbələr hesab edirlər ki, Moskva ABŞ-ın metal bazarına alüminiumun dempinqi (qiymətlərinin aşağı salınması) ilə ABŞ şirkətlərinə ziyan vurur. Agentliyin məqaləsində deyilir ki, ABŞ şirkətləri hər il Rusiyadan alüminiumun 10%-ni alır.
Bildirilir ki, ABŞ prezidenti Co Bayden hələ rəsmi olaraq bununla bağlı qərar verməyib.
pia.az