Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kosovo Serbiya ilə münasibətləri normallaşdırmağa razı olub

Kosovanın Baş naziri Aİ-nin Serbiya ilə münasibətləri normallaşdırmaq təklifini qəbul edib…

Kosovanın Baş naziri Albin Kurti Aİ-nin Serbiya ilə münasibətləri normallaşdırmaq təklifini qəbul edib. PİA.az xarici mətbuata əsasən xəbər verir ki, siyasətçi bu barədə öz Twitter hesabında yazıb.

Razılaşma Aİ-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçakla görüşdə baş tutub. Kurtinin sözlərinə görə, bu təklif Priştina ilə Belqrad arasında gələcək münasibətlərin normallaşması üçün möhkəm təməl olacaq.

“Priştinada işgüzar nahar zamanı Aİ-nin xüsusi nümayəndəsi Miroslav Layçak ilə yaxşı fikir mübadiləsi apardıq. Biz Aİ-nin Kosovo və Serbiya arasında münasibətlərin normallaşdırılması təklifini qəbul edirik və onu gələcək müzakirələr üçün yaxşı əsas və irəliləmək üçün möhkəm platforma hesab edirik”, deyə Kurti Twitter hesabında yazıb.

Qeyd edək ki, daha əvvəl Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bildirmişdi ki, onun ölkəsi Kosovonun BMT-yə üzvlüyünə və Kosova Respublikasının müstəqilliyinin tanınmasına qarşıdır. Diplomat vurğulamışdı ki, Serbiyanın siyasi elitası Belqrad və Priştina arasında əvvəllər əldə edilmiş razılaşmalara yenidən baxılmasının əleyhinədir. Həmçinin Serbiya Xarici İşlər Nazirliyinin rəhbəri Kosovo və Metoxiyada yaşayan serblərin təhlükəsizliyinə təminatların verilməsinin zəruriliyini bəyan etmişdi.

Dünən isə Serrbiya prezidenti Aleksandr Vuçiç parlamentdə bildirib ki, o, ABŞ və Aİ-nin təklifini qəbul etməyə məcburdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar