Şənbə, 01 Aprel 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni İranşünas: “Biz böyük oyunun obyektinə çevrilmişik”

İranşünas Harut Artin Arakelyan son vaxtlar bir sıra hadisələrin İranla Azərbaycan arasında gərginliyin yeni mərhələsinə səbəb ola bilməyəcəyi qənaətindədir…

Poliqon.info xəbər verir ki, “Armenia Today” ilə söhbətində ekspert qeyd edib ki, son günlərdə baş verən bir sıra digər hadisələr də nəzərə alınmaqla, hazırkı mərhələdə İran-Azərbaycan münasibətlərində müəyyən qədər yumşalmalar olacaq.

Arakelyan bu proqnozu xüsusilə İranSəudiyyə Ərəbistanı arasında imzalanmış son razılaşma ilə əlaqələndirib. O, qeyd edib ki, hazırda Azərbaycan İsrail üçün İrana qarşı fəaliyyətlərini həyata keçirmək üçün əsas məkana çevrilir.

“Son bir neçə gündə regionda baş verən dəyişikliklər misilsizdir. İranSəudiyyə Ərəbistanı arasında Çinin vasitəçiliyi ilə əldə olunan razılaşma regionda yeni inkişaflara səbəb olacaq”, deyə erməni İranşünas bildirib.

Arakelyan hesab edir ki, İrəvan bu ölkələrlə daha sıx əməkdaşlıq etməli, əks blokun meydanında oynamağa çalışmamalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - Yenilənib, Foto

Donald Tramp porno aktrisaya görə həbs oluna bilər: Bəs Stormi Daniels kimdir? – İsti kadrlar…

“Rusiyanın Vardanyanla bağlı ikinci planı var” - Politoloq

Fazil Mustafanın güllələnməsində İran izi... - SEPAH təkcə təhdid etmir...

Deputat Kəmaləddin Qafarovun dərman yalanına qəzəbin səbəbi: Talıbov izi

Bakı metrosunda təhlükəli anlar: Sərnişindən ağlasığmaz hərəkət - Video

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi inşa ediləcək?

Fırıldaqçılarla söhbət zamanı hansı sözlərdən istifadə etmək olmaz…

Lukaşenko dönəminin başa çatdığını bəyan edib…

Ən çox oxunanalar