Bazar, 03 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sabah” - “Beşiktaş” matçı apreldə də baş tutmaya bilər

Zəlzələ səbəbindən Superliqada üç qarşılaşmamız irəli həftələrə salınıb...

“Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasındakı xeyriyyə məqsədli yoldaşlıq matçı apreldə də baş tutmaya bilər.

Bu barədə “Report”a açıqlamasında İstanbul təmsilçisinin prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömert bildirib.

O, Azərbaycanda oynamaq istədiklərini, lakin çempionat təqviminin buna mane olduğunu söyləyib:

“Zəlzələ səbəbindən Superliqada üç qarşılaşmamız irəli həftələrə salınıb. Bu səbəbdən təqvimi doldura bilmirik. Bu matçlar da oynanılmalıdır Hətta bəzi komandalar oyunlarını çərşənbə və bazar günləri keçirəcəklər. Əgər mümkün olsa, yoldaşlıq görüşü baş tutacaq. Amma gerçəkləşməsə, mövsümün sonunda olacaq. İdman direktorumuz Ceyhun Kazancı və baş məşqçimiz Şenol Güneş bu məsələlərlə məşğul olurlar”.

Klub rəsmisi apreldəki təqvimlərinin bəlli olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, “Sabah”ın baş məşqçisi Murad Musayev görüşün aprelin sonunda keçiriləcəyini söyləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Generalın  məhkəməsi: Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb...

AVRO-2024-ün final mərhələsinin püşkü atılıb

Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var 

“Kanal 13” internet televiziyasının aparıcısı həbs edilib....

Kərim Vəliyev Ermənistanla sərhəddəki hərbi hissələrdə olub, göstərişlər verib - Video

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq

İsraillə bağlı şok iddia - Mülki əhali qəsdən hədəfə alınıb...

Böyük Dəbilqə: Hidayət Heydərov qızıl, Zelim Tçkayev bürünc medal qazanıb - Yenilənib

Azərbaycana qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq - Foto

Konstitusiya Məhkəməsinin özəlləşdirmə çekləri ilə bağlı qərarı olacaq ... - Video

Tarixin təkərini döndərən hadisə - Səlibçilər Azərbaycana niyə qəzəblidir? 

Ən çox oxunanalar