Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyandan Kremlə yaltaqcasına siyasi gediş və Rusiyadan gələn təkzib...

Ermənistanın baş naziri bildirdi ki, Qarabağın təhlükəsizliyinin təminatçısı Rusiya Federasiyasıdır...

Siyasi-şərhçi: “Qarabağda təhlükəsizliyi təmin edəcək bir ölkə var, o da həmin ərazilərin qanuni sahibi Azərbaycandır”.

“Paşinyanın bu tipli bəyanatlarının bir məqsədi var: özünü qorumaq və sığortalanmaq”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı Ermənistanın baş nazirinin Rusiyaya etdiyi siyasi jesti Poliqon.info-a şərh edərkən qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında 10 noyabr 2020-ci ildə əldə olunan üçtərəfli razılaşmanı əsas gətirərək deyib ki, Qarabağın təhlükəsizliyinin təminatçısı Rusiya Federasiyasıdır və o, bu rolu yerinə yetirməlidir. Rusiyanın "Kommersant" qəzetində isə Ermənistanın Baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata dair sözlərini təkzib edən məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, dünənki mətbuat konfansında Paşinyanın Qarabağda təhlükəsizliyin qarantının Rusiya Federasiyası olduğuna dair tezisi "yetərincə gözlənilməz" səslənib.

“Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Rusiya tərəfindən Qarabağla bağlı təminata dair heç bir xatırlatma yoxdur”, deyə qəzet yazıb.

Məqalədə həmçinin Paşinyanın Ermənistanın təkcə Rusiyaya bel bağlaya bilməyəcəyinə dair sözlərinə istinad olunur.

Paşinyanın Rusiyanın Qarabağın təhlükəsizliyinin təminatçısı olması ilə bağlı söylədiklərinə Rusiyadan bir qədər qəribə və gözlənilməz olan bu reaksiya nəylə bağlıdır?

Mövzunu Poliqon.info-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Erməni Baş nazir vaxt tamam olan kimi Azərbaycan tərəfin tələbi ilə guya təhlükəsizliyi təmin etmək adı ilə Qarabağa dürtülən rus sülhməramlılarının da oranı tərk edəcəklərini yaxşı bilir”.

Rusiya tərəfindən rəsmi olmasa da, gələn bu cür təkzibvari reaksiyaların Paşinyana bir mesaj olduğunu düşünən siyasi-şərhçi vurğulayıb ki, bu da gözlənilməz deyil:

“Paşinyanın bu cür açıqlamaları gözləniləndir. Çünki, Azərbaycan tərəfi Qarabağda erməniləri durmadan küncə sıxışdırır. Əslində bir dəfə deyil, bir neçə dəfə Paşinyan bu cür fikirlər səsləndirib. Bununla Rusiyanı şantaj etdiyini düşünür. Ancaq Paşinyan onu da yaxşı bilir ki, Qarabağda təhlükəsizliyi təmin edəcək bir ölkə var, o da həmin ərazilərin qanuni sahibi Azərbaycandır.

Erməni Baş nazir vaxt tamam olan kimi Azərbaycan tərəfin tələbi ilə guya təhlükəsizliyi təmin etmək adı ilə Qarabağa dürtülən rus sülhməramlılarının da oranı tərk edəcəklərini yaxşı bilir. İndidən bir növ gələcəkdə özünü sığortalamaq üçün belə bəyanatlar verir və erməni ictimaiyyəti arasında arasında zəmin hazırlayır ki, təhlükəsizliyi təmin edən tərəf Rusiya idi, o da oradan çıxarıldı, biz nə edə bilərdik ki... Yəni Paşinyanın bu tipli bəyanatlarının bir məqsədi var: özünü qorumaq və sığortalanmaq.

Cavanşir Abbaslı: “Erməni baş nazir bir də üzünü 2025-ci ilin noyabrında Rusiyaya tərəf çevirəcək, yəni rus sülhməramlılarının vaxtı bitən zaman”.

Ermənilər istəsələr də, istəməsələr də, Qarabağda onların dayaqlarının Rusiya olduğunu tam şəkildə yaxşı anlayırlar. Bir növ həm də Paşinyan bunu hesablayıb, bu cür fikirlər irəli sürür. Amma belə fikirlərin heç bir çəkisi qalmayıb, və qatar çoxdan gedib... O qatarı da yola 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu yola salıb.

Rusiya tərəfindən rəsmi olmasa da, gələn bu cür təkzibvari reaksiyalara gəlincə, düşünürəm ki, bu Paşinyana bir mesajdır, yəni “ipini çəkərik...”. Bu da gözlənilməz deyil. Çünki, Paşinyan hakimiyyət başına gələndən üzünü daha çox Qərbə tərəf çevirməyə cəhd edir. Bunun da bədəlini artıqlaması ilə II Qarabağ savaşında ödəyib. Görünür hələ ağıllanmayıb və ağıllanması üçün Kreml mətbuatın dili ilə ona mesaj ötürür.

Erməni baş nazir bir də üzünü 2025-ci ilin noyabrında Rusiyaya tərəf çevirəcək, yəni rus sülhməramlılarının vaxtı bitən zaman. Cəhd edəcək ki, Rusiya sülhməramlıları Qarabağda qalsınlar. Bir növ indidən təhlükəsizliyin təminatçısının Rusiya olduğunu bildirməklə həmin zamana hazırlıq görür. Amma düşünürəm ki, bu erməni hiyləgərliyi keçməyəcək. Zatən Putin Paşinyanın “qələmini qırıb”. Sadəcə Ukrayna savaşı erməni baş nazirin “qanının arasına girib”. Savaş bitəndən sonra Paşinyanla haqq-hesab sorulacaq. O gün də çox uzaqda deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar