Şənbə, 01 Aprel 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİN: "Bayram şənliklərinin təşkil olunduğu yerlərdə polis naryadlarının sayı artırılacaq"

Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək...

Bu barədə Poliqon.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcək.

“Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qüvvə və imkanlar səfərbər ediləcək. Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi də ciddi nəzarətdə saxlanılacaqdır”, - məlumatda qeyd olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - Yenilənib, Foto

Donald Tramp porno aktrisaya görə həbs oluna bilər: Bəs Stormi Daniels kimdir? – İsti kadrlar…

“Rusiyanın Vardanyanla bağlı ikinci planı var” - Politoloq

Fazil Mustafanın güllələnməsində İran izi... - SEPAH təkcə təhdid etmir...

Deputat Kəmaləddin Qafarovun dərman yalanına qəzəbin səbəbi: Talıbov izi

Bakı metrosunda təhlükəli anlar: Sərnişindən ağlasığmaz hərəkət - Video

Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi inşa ediləcək?

Fırıldaqçılarla söhbət zamanı hansı sözlərdən istifadə etmək olmaz…

Lukaşenko dönəminin başa çatdığını bəyan edib…

Ən çox oxunanalar