Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaz İstismarı İdarəsinin rəhbərliyi səlahiyyətlərindən sui-istifadə edir...” – Ağsudan Ruslan Əliyevə müraciət

Azəriqaz” İstehsalat Birliyinin (İB) Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, heç bir qanuni əsas olmadan idarəmizin əməkdaşı İlkin Məmmədovun əmək müqaviləsinə xitam verib. 

 Həmin idarənin rəisi Osman Behbudov heç bir araşdırma aparmadan, tərəf olaraq İlkin Məmmədovu dinləmədən onun əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmr imzalayıb”.

Bunu “Azəriqaz” İB-nin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidmət Sahəsinin bir qrup əməkdaşı “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevə ünvanladıqları və bir nüsxəsinin də “AzPolitika.info”-ya daxil olduğu müraciətdə bildiriblər.

 Şikayətçilər bildirirlər ki, hadisə baş verən gün (15 mart 2023-cü il) idarənin Zaur adlı baş mühəndisi qəsdən mübahisə yaradıb və İlkin Məmmədovun ünvanına nalayiq ifadələr səsləndirib.

Ancaq İ.Məmmədov onun qeyri-etik hərəkətlərinə heç bir reaksiya verməyib. Buna baxmayaraq, Ağsu Regional Qaz İstismarI İdarəsinin rəisi Osman Behbudov Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndini əsas gətirərək, İ. Məmmədovun əmək müqaviləsinə xitam verib.

Şikayətçilər sonda “Azəriqaz” İB-nin Baş direktoru R. Əliyevə müraciət edərək, hadisənin obyektiv araşdırılmasını, qanunsuzluğa yol verən Ağsu Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi ilə bağlı ciddi tədbirlərin görülməsini xahiş edirlər.

Müraciətdə yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

(AzPolitika.info)

Pliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar