Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisi dünya çempionatına 21 idmançı ilə getdi - Siyahı

Beş gün davam edəcək qitə çempionatına 48 ölkədən 468 idmançı qatılacaq...

Karate üzrə böyüklərdən ibarət Azərbaycan millisi və para-karate seçməsi Avropa çempionatında iştirak etmək üçün turnirin keçiriləcəyi İspaniyanın Qvadalahara şəhərinə yollanıb.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) yaydığı məlumata görə, martın 22-dən 26-dək baş tutacaq yarışda Azərbaycan 21 idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət kumite millisinin baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) fərdi yarışlarda, Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparacaqlar.

Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev turnirdə Fidan Teymurova (50 kq), Mədinə Sadiqova (55 kq), Renata Ərəbli (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) fərdi yarışlarla yanaşı, komanda çıxışlarında da idarə edəcək.

Kata üzrə yığmanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu fərdi kata, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti isə komanda kata yarışlarına çıxaracaq.

Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı baş məşqçi Rənad Əliyev müşayiət edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev qitə birinciliyinin referiləri arasında olacaqlar.

AMKF prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvü Yaşar Bəşirov, eləcə də, federasiyanın baş katibi Qabil Sayadov EKF-in Konqresində iştirak edəcək.

Beş gün davam edəcək qitə çempionatına 48 ölkədən 468 idmançı qatılacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar