Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağ məsələsini müzakirə edib

Nazirlər Ukraynadakı vəziyyəti, Qara dəniz dəhlizi ilə taxıl tədarükünü, eləcə də Suriya şimalındakı vəziyyəti müzakirə ediblər...

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Bu barədə Poliqon.info “Anadolu”ya istinadən xəbər verir.

Nazirlər Ukraynadakı vəziyyəti, Qara dəniz dəhlizi ilə taxıl tədarükünü, eləcə də Suriya şimalındakı vəziyyəti müzakirə ediblər.

Hulusi Akar taxıl təşəbbüsünü genişləndirmək üçün əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, taxıl sövdələşməsi qlobal ərzaq böhranının həllinə böyük töhfə verib. Türkiyəli nazir taxılın fasiləsiz daşınmasının vacibliyini vurğulayıb.

O, Türkiyənin bölgədə sülhün və humanitar yardıma çıxışın təmin edilməsinə töhfə verməyə davam edəcəyini əmin edib.

Suriyanın şimalındakı vəziyyətə də toxunan Akar Türkiyənin bölgədəki yeganə məqsədinin terrorla mübarizə, sərhədlərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək və daha çox humanitar fəlakətlərin qarşısını almaq olduğunu bildirib.

Türkiyə Müdafiə Nazirliyinin başçısı Prezident Rəcəb Tayyib ƏrdoğanRusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə başlanan danışıqların Suriyada və bütövlükdə regionda sülh və sabitliyə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Onun sözlərinə görə, bu prosesin davam etdirilməsi böyük əhəmiyyət kəsb edir.

Hulusi Akar həmçinin Türkiyədə baş verən dağıdıcı zəlzələlərlə bağlı Rusiya tərəfinə göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, nazirlər taxıl sövdələşməsini, Suriya və Qarabağ məsələsini müzakirə ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar