Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın yoluna görə bu, ilk dəfə baş verir – Politoloq

Azərbaycanın Niderlanddakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirimizin XİN-ə çağırılması “Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolundakı etiraza ilə bağlı qərarına əməl etməməsi” ilə əlaqələndirilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yeganə Hacıyeva deyib ki, əvvəlcə həmin qurumun qərarvermə mexanizminə baxmaq lazımdır:

“Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin təsisatıdır. Niderlandın ədliyyə sistemi Beynəlxalq Cinayət Məhkəməsi və digər instansiyalar ilə bağlı kimlərinsə saxlanılmasında iştirak edə bilər. Lakin hər hansı ölkədən verilən bir qərarı icra etməsini tələb edə bilməz. Niderlandın belə bir məsələni gündəmə gətirməsi bu ölkənin də erməni lobbisinin yuvasına çevrilməsi ilə əlaqədardır.

Laçın dəhlizi ilə bağlı məsələ 10 Noyabr bəyanatında öz əksini tapıb. Belə ki, Laçın dəhlizinin bitdiyi yerdən Zəngəzur başlamalı idi. Zəngəzur dəhlizi açılmadan Laçın dəhlizi ilə bağlı nəsə demək doğru deyil”.

 
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistan 30 ilə yaxın müddətdə BMT-nin 4 qətnaməsini yerinə yetirməyəndə Niderlandı və digərlərini “qərarlar niyə yerinə yetirilmir” sualı maraqlandırmırdı:

“Erməni saytının yaydığı xəbərin doğru və ya yalan olduğunu söyləmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına ehtiyac var. Əgər bu fakt doğrudursa, Laçın yolundakı etiraza görə ilk dəfədir ki, xarici ölkələrdən birindəki səfirimiz həmin dövlətin Xarici İşlər Nazirliyinə çağırılıb. Bu, Azərbaycana qarşı artan təzyiqin yeni formasıdır. Başqaları da bu üsuldan istifadə edə bilərlər. Avropa ölkələrinin bir qismində “Laçın yolu açıqdır” arqumentimizi eşitmək və qəbul etmək istəmirlər. Səfirlərimiz çalışdıqları ölkələrdə “Azərbaycanın öz ərazisində – Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratması suveren haqqıdır” təbliğatını gücləndirməlidirlər. Çünki bir gün sərhəd-keçid məntəqəsi yaradılanda həmin ölkələr buna hazır olmalıdırlar“.

(Turan Rzayev)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar