Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şavkat Mirziyoyev Füzulidə məktəbin açılışına gələcək - Foto

Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında keçirilmiş təntənəli Novruz şənliyində Azərbaycan diasporu da iştirak edib.

Bu barədə Metbuat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. 

Tədbir çərçivəsində Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb. Soydaşlarımızı bayram münasibətilə təbrik edən dövlət başçısı sərgidə nümayiş olunan eksponatlarla tanış olub, Azərbaycan musiqisini və mahnılarını dinləyib. Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.

Mərkəzin rəhbərliyi soydaşlarımız adından Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib. Bayram konsertində müxtəlif xalqların, o cümlədən azərbaycanlıların da yaradıcı kollektivi çıxış edib.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar