Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvan Ali Məclisinin deputatları Strasburqa gediblər - Foto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Aidə Cəlilzadə və Anar İbrahimov Fransanın Strasburq şəhərində səfərdə olublar.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, martın 20-dən 24-dək bu şəhərdə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü sessiyası keçirilib.

Konqresin Regionlar Palatasının iclasında çıxış edən A.Cəlilzadə ermənilərin Qarabağda Azərbaycana qarşı törətdikləri ekosid və təbii sərvətlərin qanunsuz talanmasına etiraz olaraq azərbaycanlı ekofəalların keçirdikləri aksiya barədə məlumat verib. O, həmçinin işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq, “Böyük qayıdış” proqramının həyata keçirilməsindən də geniş bəhs edib.

Deputat Anar İbrahimov sessiyada "Demokratiyanın aşağı səviyyədə yeridilməsi: Avropa Şurasının gələcəyi və Konqresin oradakı rolu. 16-17 may 2023-cü il tarixlərində İslandiyanın Reykyavik şəhərində Avropa Şurası dövlət və hökumət başçılarının 4-cü zirvə görüşünə Konqresin töhfəsi" adlı sənədin müzakirəsinə qatılıb. O, Avropa Şurası məkanında təhdidlər, xüsusən də aqressiv separatizm və onun təhlükələri barədə danışıb.

Demokratik cəmiyyətimizdə hansı təhlükələrin olduğunu diqqətə çatdıran A.İbrahimov onu da əlavə edib ki, aqressiv separatizm cəmiyyətimiz üçün ciddi təhlükədir və bununla qəti şəkildə mübarizə aparılmalıdır. O diqqətə çatdırıb ki, Avropa Şurası bəzən fundamental dəyərləri və prinsipləri müdafiə etməkdə qeyri-ardıcıllıq nümayiş etdirir: “Lakin biz insan hüquqlarının müdafiəsinə və xalqların suverenliyinin qorunmasına sadiqliyimizi gücləndirmək üçün birlikdə çalışmalıyıq. İllər ərzində Avropa Şurasında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanmasına məhəl qoyulmayıb. Bizim dəyərlərimiz və yanaşmalarımız universal deyildi və indi də bununla bağlı bir çox problemimiz var".

A.İbrahimov vurğulayıb ki, demokratik cəmiyyəti daxili və ya xarici bütün təhlükələrə qarşı qorumaq üçün həmrəylik və qətiyyət göstərməliyik: "Daha ədalətli və daha demokratik gələcək qurmaq üçün birlikdə çalışmalıyıq".

Fotolar

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar