Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edir...

Ukrayna Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planlarına görə BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edib...

Ukrayna Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək niyyətini müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılmasını tələb edib.

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyi Rusiyanın bəyanatını nüvə qarşısının alınması sahəsində beynəlxalq təhlükəsizlik sisteminə xələl gətirən “təxribat xarakterli addım” adlandırıb.

“Bu cür niyyətlər bütün dünya ictimaiyyətini xüsusi narahat etməyə bilməz”, deyə nazirliyin bəyanatında deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi Böyük Britaniya, Çin, ABŞ və Fransanı “Kremlin nüvə şantajına qarşı” addımlar atmağa çağırıb. Bundan əlavə, agentlik G7-nin üzvü olan ölkələri və Aİ-ni Belarus hakimiyyətinə Rusiyanın taktiki nüvə silahlarını öz ərazisində yerləşdirməyə razılıq verəcəyi təqdirdə Belarus üçün nəticələr barədə xəbərdarlıq etməyə çağırıb.

Nazirlik həmçinin Belarus vətəndaşlarına müraciət edərək, Belarus ərazisində nüvə silahının yerləşdirilməsinin qarşısını almağa çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar