Elton Conun vida turnesi rekord vuraraq 1 milyard dolları ötüb...
Tarixin ən nüfuzlu musiqiçilərindən biri olan Elton Conun vida turnesinin qonorarı 1 milyard dolları keçə bilər.
Poliqon xəbər verir ki, bu proqnozu The Sunday Times nəşri paylaşıb. Söhbət 2018-ci ildə başlayan və koronavirus pandemiyası səbəbilə yarımçıq qalan “Farewell Yellow Brick Road Tour”dan gedir.
Bu il yanvarın sonuna olan məlumata görə, bu qastrol səfəri çərçivəsində 278 konsert keçirilib. 76 yaşlı Elton Con artıq 817,9 milyon dollar toplayıb və britaniyalı musiqiçi Ed Şiranın “The Divide Tour”dan 776,4 milyon dollar gəlirindən artıq qazanc əldə edərək rekord qırıb.
Qeyd edilir ki, Elton Conun “Farewell Yellow Brick Road Tour” qastrolu 8 iyul 2023-cü ildə başa çatması planlaşdırılan cəmi 333 şoudan ibarətdir.
The Sunday Times qeyd edir ki, britaniyalı ifaçı pianoda 900 saatdan çox vaxt keçirəcək. Əgər qastrol plana uyğun gedərsə, o zaman İsveçin paytaxtında keçiriləcək yekun konsertə qədər musiqiçi karyerasında 1970-ci ildə yazdığı “Oğlunuz” mahnısını 2404 dəfə ifa edəcək.
Poliqon.info