Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinin İsrail və İranı barışdırmaq üçün vasitəçilik edir - Bu cəhd uğurlu ola bilər?

Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına iddia edir...

Politoloq: “Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir”.

“Düşünürəm ki, İsrail-İran görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur”.

Bu sözləri politoloq Elxan Şahinoğlu İranla İsrail arasında məxfi danışıqların aparılması iddiasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb. Məlumata görə danışıqlar Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirilir. Çinin Səudiyyə ilə İran arasında barışıq əldə etməsindən sonra İsraillə İran arasında vasitəçiliyi uğurlu ola bilərmi? Ümumiyyətlə İsraillə İran arasında hansısa barışıması mümkündürmü?

İsrail-İran münasibətlərini Poliqon.info-un əməkdaşı “Atlas Araşdırmalar Mərkəzinin” rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İran nümayəndə heyəti nüvə silahı əldə etməyi düşünmədiklərini barədə İsrailin nümayəndə heyətini inandırmalıdır. Bu alınmasa, Çində danışıqlar nəticə verməyəcək”.

İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqunun mövcud olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Çünki İradakı hazırkı rejimin varlığı həm Pekini, həm də Moskvanı təmin edir:

“Düşünürəm ki, İsrail-İran görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Çin əvvəlcə İranla Səudiyyə Ərəbistanını barışdırdı, tərəflər arasında danışıqlar Pekində həyata keçirildi. Pekin indi daha ağır işə girişib, iki qatı düşməni barışdırmaq alınmasa da, İsraillə İranı qarşıdurmadan çəkindirmək istəyir. onu da qeyd edim ki, İranın Rusiya və Çinlə sıx əlaqələri mövcuddur.

İsrail İran qədər Çin və Rusiya ilə tərəfdaş olmasa da, Moskva və Pekinlə dialoqu mövcuddur. Ona görə də Çin və Rusiya var gücləriylə İsraillə İranı müharibədən çəkindirmək istəyirlər. Çünki İradakı hazırkı rejimin varlığı həm Pekini, həm də Moskvanı təmin edir.

İsrailin İranla sülh əldə etməsinin əsas şərti isə İran nümayəndə heyətini nüvə silahı əldə etməyi düşünmədikləri barədə İsrailin nümayəndə heyətini inandıra bilməsidir. Bu alınmasa, Çində danışıqlar nəticə verməyəcək.

Elxan Şahinoğlu: “ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq”.

Bu arada, başqa sual aktuallaşır. İran regional rəqibi Səudiyyə Ərəbistanı ilə barışmaq və qatı düşməni İsraillə müharibədən sovuşmaq istəyərkən qonşusu Azərbaycanı niyə hədələməkdə davam edir? Məntiqlə Tehran eyni ilə Bakı ilə də münasibətlərin normallaşması və mövcud problemlərin həllini sürətləndirmək barədə düşünməməlidir. Amma biz əksini müşahidə edirik. Belə çıxır ki, İran rejimi üçün Azərbaycana qarşı təxribatları davam etdirmək daha vacibdir.

O ki qaldı, İranın Səudiyyə Ərəbistanı və İsraillə dialoqa başlamasına, hər ikisinin perspektivi dumanlıdır. İranda mövcud olan rejimin istənilən an atacağı təxribatçı addım Tehranın Səudiyyə Ərəbistanı və İsraillə münasibətlərini yenidən gərginlik nöqtəsinə gətirəcək. Digər tərəfdən ABŞ Çinin və ya Rusiyanın vasitəçiliyi ilə İranın Səudiyyə Ərəbistanı və ya İsraillə barışmasının əleyhinədir və bu prosesə müxtəlif vasitələrlə mane olacaq”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket: İsrail İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar