Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Qərbin sanksiyalarına nə qədər hazırdır?

Son məlumatlara görə ABŞ-dakı erməni diasporu Laçın yoluna görə Konqresdə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çalışır...

İqtisadçı-ekspert: “Azərbaycana qarşı nə Konqresdə, nə ABŞ, nə də Avropa Birliyində heç bir sanksiya qoyulmayacaq”.

Azərbaycanın neftinin də, qazının da, marşrutlarının da tək sahibi Azərbaycan deyil. Ortada konsensum var”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli yeni müharibə fonunda bir sıra Qərb ölkələrinin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə ehtimalını Poliqon.info-a şərh edərkən qeyd edib.

Ermənistanla münasibətlər son zamanlar daha da kəskinləşməkdədir. Azərbaycanın sülh təklifini faktiki olaraq qəbul etməyən İrəvan Rusiya sülhməramlıları ilə əlbir şəkildə hər yolla Qarabağdakı separatçıları silahlandırmağa çalışır. Hadisələrinin inkişafı isə yeni müharibəni istisna etmir. Hətta son məlumatlara görə ABŞ-dakı erməni diasporu Laçın yoluna görə KonqresAzərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çalışır.

Yeni müharibə fonunda bir sıra Qərb ölkələrinin Azərbaycana qarşı sanksiya tətbiq etməsinə ehtimal vermək olar? Azərbaycan Qərbin sanksiyalarına hazırdır və bizim iqtisadiyyatımız bu sanksiyalara davam gətirə bilər? Ümumiyyətlə, sanksiyalar fonunda Azərbaycanın öz neftini və qazını Avropadan alternativ istiqamətlərə sata bilərmi? Bununla bağlı vəziyyət nə yerdədir?

Mövzunu Poliqon.info-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “İndi biz Ukraynanın durumundayıq, ErmənistanRusiya isə işğalçıdır. Bu tezisi dünyaya çatdırmağa ehtiyac var”.

Erməni lobbiçilərinin hansı fəaliyyət göstərmələrindən asılı olmayaraq Azərbaycana belə bir sanksiyalar qoyulmayacağını vurğulayan ekspert Poliqon-a bildirib ki, Azərbaycan tərəfi də öz imkanlarından, dostlarından, qurduğu de-fakto və de-yure faktorlardan istifadə edərək bunun cavabını verməlidir:

Azərbaycana qarşı nə Konqresdə, nə ABŞ, nə də Avropa Birliyində heç bir sanksiya qoyulmayacaq. Azərbaycana qarşı sanksiyaların qoyulması mümkün deyil. İndiki durumda Azərbaycan enerji daşıyıcıları Avropa bazarı üçün çox vacibdir. Eyni zamanda Azərbaycan enerji daşıyıcıları ABŞ şirkətləri üçün də vacibdir. Buna görə də erməni lobbiçilərinin hansı fəaliyyət göstərmələrindən asılı olmayaraq Azərbaycana belə bir sanksiyalar qoyulmayacaq.

Qeyd edim ki, Azərbaycanın neftinin də, qazının da, marşrutlarının da tək sahibi Azərbaycan deyil. Ortada konsensum var və Britaniya, Avropa ölkələr bu konsorsiumda iştirak edirlər. Həmçinin İsrailin ən çox neft aldığı ölkə Azərbaycandır. Belə bir şəraitdə də Azərbaycana qarşı sanksiyaların olması mümkün deyil.

Natiq Cəfərli: “Azərbaycan tərəfindən beynəlxalq mediada bununla bağlı çox ciddi piar aparılmalıdır”.

Amma bu o demək deyil ki, erməni lobbisinə cavab verməməliyik. Yəni Azərbaycan tərəfi də öz imkanlarından, dostlarından, qurduğu de-fakto və de-yure faktorlardan istifadə edərək bunun cavabını verməlidir. Azərbaycan tərəfindən beynəlxalq mediada bununla bağlı çox ciddi piayar aparılmalıdır.

Bu gün Ukraynanın öz ərazisində nəzarəti ələ keçirmək, Rusların işğalı altında olan yollara nəzarət etmək istəmələri nə deməkdirsə, Rusiyanın Ukraynaya etdiyi vəhşiliklər nə deməkdirsə, yəni bunlara qarşı Ukraynanın cavabı nədirsə, Azərbaycanın da öz ərazi bütövlüyü üçün atdığı addımlar eyni şeydir. Dünyaya da belə çatdırmaq lazımdır. İndi biz Ukraynanın durumdayıq, ErmənistanRusiya isə işğalçıdır. Bu tezisi dünyaya çatdırmağa ehtiyac var”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar