Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan II Qlobal Demokratiya Sammitində iştirakdan imtina edib

Pakistan sülh, sabitlik və firavanlıq naminə əməkdaşlığın gücləndirilməsinə sadiqdir...

Pakistan II Qlobal Demokratiya Sammitində ştirak etməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə martın 28-də Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəsmi İslamabad bunu beynəlxalq dialoq formatı nəzərdə tutulan müəyyən milli öhdəlikləri üzərinə götürməyə hazır olmamaması ilə izah edib.

Bu sammit 2021-ci ildən keçirilir. Pakistan XİN bildirib ki, rəsmi İslamabad ABŞ və həmsədr ölkələrlə demokratik prinsipləri və dəyərləri təşviq etmək, gücləndirmək, eləcə də insan hüquqlarını təbliğ etmək və korrupsiya ilə mübarizə aparmaqla bağlı ikitərəfli əsasda əlaqə saxlayacaq: “Biz ABŞ və həmsədr ölkələrə Pakistanı bu il martın 29-30-da keçiriləcək II Qlobal Demokratiya Sammitində iştiraka dəvət etdiklərinə görə minnətdarıq”.

Nazirlik vurğulayıb ki, Birləşmiş Ştatlarla Pakistanın dostluğunu yüksək qiymətləndirirlər: “Prezident Cozef Bayden administrasiyası ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə inkişaf edib”.

XİN-in açıqlamasında bildirilib ki, Pakistan sülh, sabitlik və firavanlıq naminə əməkdaşlığın gücləndirilməsinə sadiqdir.

Qeyd edək ki, martın 29-30-da Zambiya, Kosta-Rika, Hollandiya, Koreya Respublikası və ABŞ-ın həmsədrliyi ilə virtual formatda II Qlobal Demokratiya Sammiti keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar