Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya mətbuatı: Rüstəm Muradov çoxdan komandalıqdan uzaqlaşdırılmalıydı…

Baş Qərargaha yaxın mənbənin sözlərinə görə, Şərq Qrupunun komandiri Rüstəm Muradov haqlı olaraq naşılıqda ittiham olunur və ağır itkilər verdiyinə görə məsuliyyətə cəlb olunmalıdır…

Şərq Qüvvələr Qrupunun komandanı, general Rüstəm Muradov səriştəsiz rəhbərliyə görə vəzifəsindən uzaqlaşdırılıb.

Poliqon xəbər verir ki, bunu Baş Qərargaha yaxın olan mənbə Rusiyanın “Важныe истории” nəşrinə bildirib.

Mənbənin sözlərinə görə, Muradov Ukraynada hərbi əməliyyatlara bacarıqsız rəhbərlik etməkdə ittiham olunur və Şərq Qüvvələr Qrupunun komandanılığından uzaqlaşdırılmasının əsas səbəbi Donetsk vilayətininUqledar yaxınlığında böyük insan və texnika itkisi ilə nəticələnən uğursuz hücumudur. Qeyd edilir ki, Tatarıstandan olan “Alqa” könüllü batalyonu bu hücuç nəticəsində demək olar ki, tamamilə məhv edilib. Digər mənbələr də Uqledar ətrafında rusların əhəmiyyətli itkiləri barədə məlumat veriblər.

Lakin Uqledar yaxınlığında uğursuz hərəkətlər Muradovun ilk uğursuzluğu deyil. 2022-ci ilin sonunda Sakit Okean Donanmasının 155-ci Əlahiddə Mühafizə Briqadasının orta səviyyəli komandirləri Muradovun bacarıqsızlığı ilə bağlı Müdafiə Nazirliyinə müraciət ediblər. Komandirlər itkilərin səbəblərini öyrənmək üçün Müdafiə Nazirliyinin xüsusi komissiyasının Donbasa göndərilməsini tələb ediblər.

Mənbənin sözlərinə görə, eyni şey Uqledar yaxınlığında da baş verib və Rusiya ordusu səriştəsiz əmrlər nəticəsində əhəmiyyətli itkilər veriblər.

Qeyd edək ki, martın 27-də Rusiya mətbuatında Şərqi Qüvvələr Qrupunun komandanı, general Rüstəm Muradovun vəzifəsindən azad edilməsi ilə bağlı xəbərlər yayılıb.

Xatırladaq ki, general Rüstəm Muradov Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının ilk komandanı olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar