Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda internet provayderlərinin uçotuna başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin, o cümlədən host provayderlərin uçota alınmasına başlayır...

Bu barədə “Report”a İKTA-dan məlumat verilib.

Bildirilir ki, “Telekommunikasiya haqqında” Qanunun və “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nın tələblərini nəzərə alaraq, Azərbaycanda internet telekommunikasiya sahəsində xidmət göstərən operator və provayderlər, o cümlədən host provayderlər qeydiyyatdan keçməlidir.

İnternet telekommunikasiya xidməti göstərən operator və provayderlər, o cümlədən host provayderlər “Elektron hökumət” portalına https://e-gov.az/az/services/read/3731/ daxil olaraq autentifikasiyadan keçməklə və ərizə göndərməklə uçota durmalıdır.

Uçota durma üçün ərizə bu elan dərc edildiyi tarixdən başlayaraq 15 gün ərzində verilməlidir.

Qeyd edilən tələbin icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.

Poliqon.info


Etiket: internet İKT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar