Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandakı dini konfessiya nümayəndələri Qarabağda yaşayan ermənilərə müraciət edib

"Məlumdur ki, zəfərimizin əldə olunmasında ölkəmizdə mövcud olan bu tolerantlıq, multikultural dəyərlərin, xüsusilə milli və dini həmrəyliyin xüsusi rolu olub. Bu gün də ölkəmizin din siyasətindən irəli gələrək bizim qarşımızda duran başlıca vəzifə mövcud olan bu dəyərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir".

APA xəbər verir ki, bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, dünyada gedən proseslər və mənəvi sahədə olan böhranın getdikcə dərinləşməsi bir daha onu göstərir ki, Azərbaycan dünya üçün əhəmiyyət kəsb edən, dünyada sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb.

Dövlət Komitəsinin rəsmisi deyib ki, bunun yaranmasında Azərbaycanda mövcud olan bütün dini konfessiyalar, icmalar fəallıq göstərib, xüsusi rol oynayıblar: "Bugünkü səfərdə də yəhudi, xristian, islam icmasının nümayəndələri erməni separatçılarına, onların havadarlarına bir daha çağırışlar edərək onları sülhə dəvət etdilər. Artıq düşmənçiliyə son qoymağın zamanı çatdığını, birgəyaşayışın, birlikdə çalışmağın vaxtı olduğunu bir daha elan etdilər. Onlar Qarabağda yaşayan ermənilərə müraciət ediblər. Müraciətdə burada xoşbəxt yaşadıqlarını bildirərək erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət ediblər".

Səyavuş Heydərov bildirib ki, Azərbaycan dünya üçün sülh təbliğ edən gözəl məkana çevrilib: “Biz hamılıqla fəxr edir, qürur duyuruq ki, belə bir ölkədə yaşayırıq. Bugünlərdə tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz hissəsidir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar