Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İTV-nin Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, yeni departament direktorunun təyinatı təsdiqlənib...

Bu barədə "Report"a televiziyadan məlumat verilib.

İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Muxtar İmanov bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələyə baxılması və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub.

Şirkətin Baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq bildirib ki, iş əmsalının daha da yüksəldilməsi məqsədilə Kommersiya departamentinin marketinq üzrə meneceri Fərid Əhmədovun həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra Fərid Əhmədov namizədliyi irəli sürülən vəzifədə görüləcək işlər haqqında danışıb, gələcək planlarını təqdim edib. Müzakirələrdən sonra onun Kommersiya departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib.

Daha sonra Şirkətin 2022-ci il üzrə maliyyə hesabatı müzakirə edilib. Maliyyə və muhasibat uçotu departamentinin direktoru Əfsər Dadaşov hesabat barədə danışıb, Şirkətin gəlir və xərclərindən bəhs edib.

Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər. Şura üzvlərinin müvafiq sualları cavablandırılıb. Hesabat qənaətbəxş qiymətləndirilib

Poliqon.info


Etiket: İTV


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar