Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oğul 58 yaşlı atasını söyüşə görə öldürüb - Təfərrüat

Qətl hadisəsi söyüş üstündə baş verib...

Martın 23-də Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan 58 yaşlı Hacımirzə Aftilov oğlu Sənan Aftilov tərəfindən qətlə yetirilib. İlkin araşdırma zamanı Sənanın atasını taxta ilə döyüb öldürülməsi müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi söyüş üstündə baş verib.

H.Aftilovun qohumlarının sözlərinə görə, mərhum uzun illər spirtli içki qəbul edirmiş. Bu səbəbdən onların ailəsində tez-tez mübahisələr yaşanıb. Hadisə baş verən gün H.Aftilov sərxoş vəziyyətdə evə gələrək, ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. Sənan buna etiraz edəndə atası əlindəki taxta parçası ilə onu vurmağa başlayıb.

Taxtanı atasının əlindən alan S.Aftilov ona zərbələr endirib. Atasının yerə yıxıldığını görən Sənan hadisə yerindən uzaqlaşaraq əmisigilə gedib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanılıb.

Poliqon.info


Etiket: ata söyüş ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar