Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 3 medal qazandı

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib...

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında keçirilən dünya birinciliyində 3 medal qazanıb.

Poliqon.info xəbər verir ki, 73 kq-da mübarizə aparan idmançı birdən qaldırmada 136 kq-ı ram edib və bu hərəkətdə ikinci yeri tutub.

Qazaxın "Göyəzən" ağır atletika klubunun təmsilçisi təkanla qaldırma hərəkətində isə 167 kq-ın öhdəsindən gələrək, eyni nəticəni təkrarlayıb.

Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib.

Toplamda 303 kq (136+167) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Alməmmədov bu nəticə ilə rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar