Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ 2035-ci ildən benzin və dizellə işləyən yeni avtomobillərin satışını qadağan edəcək

Aİ Şurası yeni avtomobillər və mikroavtobuslar üçün daha sərt karbon emissiyası standartları haqqında qaydanı təsdiqləyib...

Avropa İttifaqı (Aİ) Şurası avtomobillərin karbon emissiyalarının azaldılması üzrə yeni Aİ hədəflərini təsdiqləyib: 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci ildə isə 100% azalmalıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş qərarında deyilir.

“Aİ Şurası yeni avtomobillər və mikroavtobuslar üçün daha sərt karbon emissiyası standartları haqqında qaydanı təsdiqləyib. Yeni qayda bütün nəqliyyat növləri arasında emissiyaların ən yüksək nisbətini təşkil edən avtomobil nəqliyyatı emissiyalarını azaltmağa yönəlib. Bu, həm də yenilikçi yanaşma təqdim etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün də təkan verəcək”, - sənəddə deyilir.

Bu, faktiki olaraq, benzin və ya dizellə işləyən daxili yanma mühərrikli yeni avtomobillərin satışına qadağa deməkdir. Yeni qanunvericiliyin mühüm elementi Aİ-də avtomobillərin hidrogen kimi “karbonsuz yanacaq”da qeydiyyata alınması qaydalarının yaradılması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam etdirilə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar