Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın seçkiləri uduzması Rusiya üçün hansı risklər yaradır?...

Politoloq Durre: Kılıçdaroğlu Türkiyə prezidenti olsa, Ankara Rusiyanın S-400-lərindən qurtulacaq…

Müxalifət namizədi Kamal Kılıçdaroğlu Türkiyədə prezident seçkilərində qalib gəlsə, Ankara çox güman ki, Rusiya ilə əvvəlki ortaq iqtisadi layihələri saxlayacaq, lakin Moskvadan alınan S-400 hava hücumundan müdafiə sistemlərindən qurtula bilər.

Poliqon xəbər verir ki, bunu politoloq İqbal Durre News.ru portalına açıqlamasında bildirib. Politoloq Türkiyənin hazırkı lideri Rəcəb Ərdoğanın əsas rəqibinin daha çox Qərbyönümlü olduğunu, lakin Rusiya ilə münasibətləri kəskin şəkildə gərginləşdirməyə risk etməyəcəyini vurğulayıb.

“Kılıçdaroğlu daha çox qərbpərəstdir, lakin o, Rusiya ilə münasibətləri kəskin şəkildə mənfi istiqamətdə dəyişmək istəməz, çünki Türkiyənin istənilən hökuməti üçün Rusiya ilə iqtisadi əlaqələr çox önəmlidir. Köhnə layihələr, qaz kəmərləri, Akkuyu AES kimi iri layihələr qorunub saxlanılacaq, lakin yeni layihələrin həyata keçirilməsi çətin ki, baş tutsun. Məsələn, Türkiyənin qaz habına çevrilməsi çətin ki, baş tutsun. Həmçinin Kılıçdaroğlu Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərindən də imtina edə bilər”, deyə Durre bildirib.

Ekspert əlavə edib ki, Kılıçdaroğlu Türkiyəyə rəhbərlik edəcəyi təqdirdə həm Qərb, həm də Rusiya ilə münasibətlərdə balansı qorumağa çalışacaq. Durrenin fikrincə, Kılıçdaroğlu kürd yönümlü Xalqların Demokratik Partiyasının dəstəyi ilə Ərdoğanı məğlub edə bilər. Ekspert onu da qeyd edib ki, HDP hazırkı dövlət başçısının əsas rəqibini 12%-ə qədər əlavə səslə təmin edəcək. Poliqtoloq bildirib ki, çox güman ki, kürdlərin simpatiyası həlledici olacaq.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar