Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin və Braziliya dollar asılılığından qurtulmağa çalışır...

İki ölkə arasında yuanla ticarət haqqında saziş imzalanıb...

Çin və Braziliyanın Mərkəzi Bankları ikitərəfli ticarətdə ABŞ dollarından imtinanı asanlaşdırmaq üçün nəzərdə tutulmuş ofşor klirinq mərkəzinin yaradılması haqqında saziş imzalayıb.

Poliqon xəbər verir ki, bu barədə Pekində keçirilən Braziliya-Çin biznes forumu zamanı Çin Xalq Respublikasının ticarət nazirinin müavini Qo Tinqin məlumat verib. Onun sözlərini Braziliyanın “Folha de Sao Paulo” qəzeti sitat gətirib.

“Braziliya ilə yuanla ödəməyə dair müqavilə imzalanıb ki, bu da ticarətimizi xeyli asanlaşdırır”, deyə Tintin bildirib.

Onun sözlərinə görə, Pekin və Braziliya qida və minerallar sahələrində əməkdaşlığı genişləndirmək, həmçinin qarşılıqlı ticarəti inkişaf etdirmək niyyətindədir.

Braziliya Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr üzrə katibi Tatyana Rositonun sözlərinə görə, yeni maliyyə alətindən istifadə konvertasiya xərclərini azaldacaq. O, izah edib ki, indi yuanı əvvəlcə ABŞ dollarına çevirmək əvəzinə birbaşa dəyişmək mümkündür. Rosito həmçinin qeyd edib ki, Çili və Argentina da daxil olmaqla 25 ölkə artıq Çinlə yuanla hesablaşmalar aparır.

“Folha de Sao Paulo” qəzeti qeyd edir ki, klirinq mərkəzi milli valyutalarda əməliyyatlar və kreditlər üzrə hesablaşmaları təmin edəcək. Nəşr Çin və Braziliya arasında razılaşmanın məqsədini ikitərəfli münasibətlərdə dollar asılılığından qurtulmaq adlandırıb.

Eyni zamanda, qəzet Braziliyadan olan iş adamlarının yeni maliyyə mexanizminin yaradılması barədə məlumatı “çox həvəs göstərmədən” qəbul etdiyini bildirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar