Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Polad Bülbüloğlu Lavrovun müavini ilə müzakirələr aparıb - Yenilənib

Polad Bülbüloğlu Lavrovun müavini ilə üçtərəfli razılaşmaların icrasını müzakirə edib...

Cari ilin 31 mart tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Görüşün əvvəlində M.Qaluzin Rusiya xarici işlər naziri Sergey Lavrovun cari ilin 27-28 fevral tarixlərində səfərinə toxunaraq, göstərilən münasibətə və keçirilmiş dolğun və məhsuldar görüşlərə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən APA-ya bildirilib ki, kitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırmış, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, AzərbaycanErmənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulub.

***

Martın 31-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri Rusiya XİN-nə istinadən xəbər verir ki, görüş zamanı konstruktiv şəkildə ikitərəfli əməkdaşlığın inkişafının cari məsələləri nəzərdən keçirilib.

Həmçinin bir sıra aktual regional məsələlərə, o cümlədən Rusiya, AzərbaycanErmənistan liderləri arasında üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar