Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda Azərbaycanın Əməkdar artistinin solo konserti keçirilib

ABŞ-ın Nyu-York şəhərində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın solo konserti keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, uzun illərdir Azərbaycan musiqisini Amerikada təbliğ edən tanınmış pianoçu Nyu-York şəhərindəki məşhur "Carnegie Hall" mədəniyyət mərkəzinin "Weill Recital Hall" konsert salonunda çıxış edib.

Klassik musiqili gecəyə Azərbaycanın ABŞ-dakı səfirliyinin diplomatları, ABŞ-da yaşayan azərbaycanlılar, müxtəlif ölkələrdən olan sənətsevərlər qatılıb.

Əməkdar artist görkəmli bəstəkarlar Volfhanq Amadey Motsart, Frederik Şopen, Sergey Raxmaninofun əsərlərini ifa edib. Konsertdə N.Əlyarova həmçinin Qara Qarayevin ''Yeddi gözəl'' baletindən Aişənin rəqsi və "İldırımlı Yollarla" baletindən "Ehtiraslı Qızın Rəqsi" əsərlərini ifa edib. Gecədə çıxış edən sənətçi bildirib ki, konsertdən əldə olunan gəlirlər Türkiyədəki zəlzələdən zərərçəkənlərə dəstək fonduna göndəriləcək.

İki saat davam edən konsert proqramı anşlaqla keçib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar