Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qazprombank”: “Azərbaycan Avrasiyanın yeni aparıcı logistik mərkəzinə çevrilir”

“Azərbaycan Avrasiyanın yeni aparıcı logistik mərkəzinə çevrilir”...

Avropa və Çin arasında strateji cəhətdən əlverişli mövqedə yerləşən və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda yeni aparıcı logistika mərkəzinə çevrilir.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

"Neft və qaz ixracatçısı kimi Azərbaycan yüksək karbohidrogen qiymətlərinin və tədarük zəncirlərinin yenidən qurulmasının əsas benefisiarlarından biridir. Eyni zamanda, yenidən tətbiq edilən karantin tədbirlərinin olmaması, turist axını və pul köçürmələri sayəsində, biz ölkənin qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik”, - G.Xaydarşina bildirib.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsinin əsas hərəkətverici qüvvəsi Qarabağda yeni nəqliyyat və sosial infrastrukturun, sənaye parklarının və bərpa olunan enerji obyektlərinin tikintisini əhatə edən yeni layihələr olacaq.

Bundan əlavə, “Qazprombank”ın iqtisadçısı hesab edir ki, xarici böhran təzahürlərinə baxmayaraq, Azərbaycan MDB məkanında ÜDM-yə nisbətdə ən yüksək valyuta ehtiyatlarına malik ölkələrdən biridir: “Ölkənin strateji qızıl-valyuta ehtiyatları 2022-ci ildə təxminən 58 milyard ABŞ dolları (ÜDM-in 73,7 %-i) təşkil edib ki, bu da 49,5 aylıq idxalı əhatə edir.

Eyni zamanda, xarici şoklara və fiskal stimullara baxmayaraq, Dövlət Neft Fondunun (ARDNF) aktivləri rekord həddə çatıb. Yüksək karbohidrogen qiymətləri sayəsində ötən il dövlət büdcəsinə 12,7 milyard manat (7,5 milyard ABŞ dolları) transfer edilməsinə baxmayaraq, 2022-ci ildə ARDNF-nin aktivləri 8,9 % artaraq rekord səviyyəyə – 49 milyard ABŞ dollarına çatıb. Belə əhəmiyyətli artıma bu amillər təsir edib: qlobal iqtisadi canlanma kontekstində karbohidrogen bazarında müsbət dinamikanın (2022-ci ildə “Brent” neftinin orta qiyməti bir barel üçün 99 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 39,7 % çoxdur) ARDNF-nin vəsaitlərinin artırılması səbəb olması; həftəlik valyuta hərraclarında Neft Fondunun xarici valyuta satışında 22,5 % azalmanın qeydə alınması”, - G.Xaydarşina qeyd edib.

Qazprombank”ın hesablamalarına görə, Qarabağda həyata keçirilən yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artmaqda olan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla, 2024-cü ildə sonuncunun ÜDM-dəki payı 70 %-ə yaxınlaşacaq. "Bu, ölkənin müasir tarixində ən yüksək səviyyə olacaq", - o deyib.

Poliqon.info 


Etiket: Qazprombank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar