Şənbə, 03 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ronaldo Əl-Nəsrdən ayrılmaq istəyir...

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv etmək istəyir...

Poliqon xəbər verir ki, bu barədə çərşənbə axşamı, mayın 23-də, anonim mənbəyə istinadən Mundo Deportivo Afentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin sözlərinə görə, Ronaldo müasir cəmiyyətin standartlarından uzaq olan yerli infrastrukturdan narazıdır. Qeyd olunur ki, 38 yaşlı portuqaliyalı hücumçunun yaxın ətrafı Avropaya qayıda bilmək üçün şəraitinin pis olması ilə bağlı açıq şəkildə danışmağa başlayıb.

Ronaldo üzrlü səbəb olmadan Səudiyyə klubunu tərk etmək qərarına gəlsə, “Ən-Nasr”a təzminat ödəməli olacaq. Hücumçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Qeyd edək ki, Ronaldo 2022-ci ilin sonunda Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib. O, klubda 17 oyuna çıxıb, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.

Daha əvvəl mətbuatda Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldonun Səudiyyə Ərəbistanının “Ən-Nasr” futbol klubunu tərk edərək “Real Madrid”ə qayıtmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı.

Mənbələrin məlumatına görə, 38 yaşlı futbolçuya dil maneəsi mane olur. Üstəlik, Ronaldonun Səudiyyə Ərəbistanı mədəniyyətinə uyğunlaşması çətindir. Futbolçu “Real Madrid”dən getdiyinə görə təəssüflənir və Madriddə yaşamaq istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - Video

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Rusiyanın Belarus planı: Lukaşenkonun yerini kim tutacaq?

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

Ən çox oxunanalar