Şənbə, 03 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya MN: Belqorodda 70-dən çox ukraynalı diversant məhv edilib...

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, diversantların hərəkətləri nəticəsində 12 vətəndaş yaralanıb...

“Antiterror əməliyyatı zamanı Belqorod vilayətinin ərazisinə soxulmuş 70-dən çox ukraynalı diversant məhv edilib”.

Poliqon TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.

“Millətçi birləşmələrin qarşısı hava zərbələri, artilleriya və rus bölmələrinin hərəkətləri ilə alınıb. 70-dən çox terrorçu, 4 döyüş zirehli texnikası və 5 pikap məhv edilib”, deyə MN rəsmisi bildirib.

Onun sözlərinə görə, mayın 22-də Ukrayna silahlıları Belqorod vilayətinin Qraivoronski rayonu ərazisinə daxil olub. Həmin gün bölgədə "antiterror əməliyyatı" rejimi tətbiq edilib. Rusiya prezidenti Vladimir Putin vəziyyətlə bağlı məlumatlandırılıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, diversantların hərəkətləri nəticəsində 12 vətəndaş yaralanıb, təxliyə zamanı bir pensiyaçı da ölüb. Əməliyyat Rusiya hərbçiləri, sərhədçilər, Milli Qvardiya və FTX əməkdaşları tərəfindən həyata keçirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - Video

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Rusiyanın Belarus planı: Lukaşenkonun yerini kim tutacaq?

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Ən çox oxunanalar