Şənbə, 03 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub

Mükafatın qalibi 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq...

Bolqar nasir və şairi Georgi Qospodinov “Zaman sığınacağı” romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi olub.

"Report" xəbər verir ki, bu barədə Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani bildirib.

Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırıb.

Mükafatın qalibi 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq. Bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmamışdı. Əsər Qospodinovun Böyük Britaniyada çap olunan ilk romanı idi.

Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - Video

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Rusiyanın Belarus planı: Lukaşenkonun yerini kim tutacaq?

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Ən çox oxunanalar