Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaxın zamanlarda Paşinyan hakimiyyətdən gedə bilər?

Ermənistan mətbuatında aktiv şəkildə Paşinyanın devrilməsi ehtimalı tirajlanır...

Politoloq: “Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması konteksində müsbət açıqlamalar Rusiyanın erməni seqmentində ajiotaja gətirib çıxarır. Çünki onlar sülhün əleyhinədir və Nikol Paşinyanın devrilməsi yenidən Azərbaycana qarşı işğal siyasəti aparmaq planına malikdir”.

“Hazırda Nikol Paşinyanın devrilməsi mümkün deyil. Rusiyanın bu imkanları tükənib”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsi ehtimalını Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər Ermənistan mətbuatında aktiv şəkildə Paşinyanın devrilməsi ehtimalı tirajlanır. Məlumdur ki, Azərbaycanla Ermənsitan arasında aparılan danışıqlarda müəyyən irəliləyişlərin əldə edilməsi sülhün olmasında maraqlı olmayan qüvvələri narahat edir. Yaranmış vəziyyətə görə bir sıra erməni politoloqlar prosesin Yerəvanda çevrilişə gətirib çıxaracağını ehtimal edirlər.

Rusiyanın AzərbaycanErmənistan arasında sülh müqaviləsinin imzalanmaslna qarşı olduğu bir fonda Paşinyanın hakimiyyətdən getməsi regionda prossesləri hansı istiqamətə sürükləyə bilər? Ümumiyyətlə, yaxın zamanlarda Paşinyanın hakimiyyətdən getməsini real ola bilərmi?

Ermənistanda baş verən son hadisələri Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Sülh müqaviləsi imzalanarsa, proseslərdə dinamika olacaq. Avropa İttifaqı da regionda güclənəcək”.

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasının gündəmə gələcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Nikol Paşinyanın devrilməsi mümkün deyil. Sadəcə olaraq buna cəhdlər ola bilər:

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanması konteksində müsbət açıqlamalar Rusiyanın erməni seqmentində ajiotaja gətirib çıxarır. Çünki onlar sülhün əleyhinədir və Nikol Paşinyanın devrilməsi yenidən Azərbaycana qarşı işğal siyasəti aparmaq planına malikdir. Məhz mətbuatda verilən açıqlamalar onun devrilməsi kimi anonslar Rusiya agentura şəbəkəsindən qaynaqlanır.

Hazırda Nikol Paşinyanın devrilməsi mümkün deyil. Rusiyanın bu imkanları tükənib. Əgər, sülh müqaviləsi bağlansa da, müəyyən etiraz aksiyaları ola bilər. Fikir versək o günki açıqlama da Nikol Paşinyan Qarabağı Azərbaycanin tərkib hissəsi saydı. Əvvəlki liderlər belə etməyib. Xalq ona etiraz etmədi. Ona görə də Nikol Paşinyan sülh müqaviləsinə gedərsə, qarşısında olan daşları neytrallaşdırır. Buna görə də onun həyatı üçün təhlükə olmayacaq. Qərb buna zəmanət verib.

Sülh müqaviləsi imzalanarsa, proseslərdə dinamika olacaq. Avropa İttifaqı da regionda güclənəcək. Rusiya təxribatlara gedə bilər. Amma, effektli olmayacaq. Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması gündəmə gələcək. Nikol Paşinyanın devrilməsi mümkün deyil. Sadəcə olaraq buna cəhdlər ola bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar