Bazar ertəsi, 05 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman iqtisadiyyatı texniki tənəzzül dövrünə girib

Almaniyanın Ümum Daxili Məhsulu (ÜDM) ardıcıl ikinci rübdür ki, azalır və bu, texniki tənəzzülü göstərir...

Poliqon Almaniya Federal Statistika İdarəsinə istinadən xəbər verir ki, Almaniyanın ÜDM-i bu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,3% azalıb. Ötən ilin dördüncü rübündə isə ÜDM 0,5% azalmışdı.

Departamentin mütəxəssisləri əhalinin alıcılıq qabiliyyətində yüksək inflyasiya və enerji daşıyıcılarının qiymətinin artması ilə əlaqədar azalma olduğunu qeyd edirlər. Beləliklə, qeyd olunur ki, əhali ərzaq, geyim və ayaqqabılara qənaət etməyə başlayıblar.

Departament, həmçinin Almaniyada inflyasiyanın hələ də kifayət qədər yüksək səviyyədə olduğunu və aprel ayında illik ifadədə 7,2% təşkil etdiyini bildirib.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondu Almaniya iqtisadiyyatının yaxın bir neçə il üçün inkişafı ilə bağlı məyusedici proqnoz vermişdi. Analitiklərin fikrincə, bu il Almaniyada durğunluq müşahidə olunur və 2024-2026-cı illərdə ÜDM artımı təxminən 1-2% təşkil edəcək. Beynəlxalq Valyuta Fondunun hesabatında bildirilir ki, alman şirkətləri hazırda enerji daşıyıcılarının qiymətlərinin artması ilə problemlər yaşayır və gələcəkdə yüksək ixtisaslı mütəxəssis çatışmazlığı və demoqrafik vəziyyət iqtisadiyyatın inkişafına mənfi təsir göstərəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün 200 dəfə ölümlə hədələnən prezident kimdir?

“Məni boşasa da, sizi gəlib almayacaq” - Ülviyyə

Paşinyan Türkiyədə niyə ikinci sırada oturmuşdu? - Mirzoyandan açıqlama...

İrəvan “Zəngilan dəhlizi”nə Rusiyanın nəzarət etməsini istəmir...

“Super casus Putin” mifi – Bu mif necə yaranıb?..

Türkiyənin yeni hökümət... - Ərdoğanın bu Kabineti əvvəlki hökümətlərdən nəylə fərqlənəcək?

Qriqoryanın “Zəngilan dəhlizi” açıqlaması... - Üçtərəfli Bəyanat qüvvədən düşür?

Bankomatlardan pulu nağdlaşdırma faizlərinin standart edilməsi təklif olunur - Yenilənib

Mirzoyan: Azərbaycan Prezidenti buna etiraz etmədi...

Azərbaycanda həbsdə saxlanılan erməni diversantların etirafları - Video

“Quru sərhədlərin bağlı qalması çox uzun çəkməz” - Adil Qeybulla

Ən çox oxunanalar