Şənbə, 03 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Azərbaycan-Ermənistan məsələsində vəziyyətin nizamlanma istiqamətində inkişaf etdiyini deyib

Mən AzərbaycanErmənistan tərəfinə növbəti görüşün keçirilməsinə operativ reaksiya verdiklərinə görə minnətdaram.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan, RusiyaErmənistan liderlərinin üçtərəfli Zirvə görüşündə deyib.

Putin ümid edib ki, bugünki görüş bir sıra məsələlərin praktik həlli üçün yaxşı proloq olacaq.

"Məhz bizim format sayəsində çox şeylərə nail olunub. 2020-ci ildə təkcə hərbi əməliyyatlara son qoyulmayıb, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası ilə bağlı işə başlanılıb. Bu müddət ərzində çox hadisələr baş verib. Detallara varmayacam. Ümumilikdə, mənim fikrimcə, problemlərin çətinliklərinə baxmayaraq, vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı işdir. Biz indi göz-gözə bu barədə danışdıq. Hələ də nizamlanmamış məsələlər var. Lakin fikrimcə, bu problemlər sırf texniki xarakter daşıyır", - deyə Putin bildirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - Video

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Rusiyanın Belarus planı: Lukaşenkonun yerini kim tutacaq?

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Ən çox oxunanalar