Çərşənbə axşamı, 06 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin Çinlə bağlı planları “suya düşdü” - Pekin Rusiyanın əvəzinə Türkmənistanı seçdi...

Rusiya prezidenti Vladimir Putinin Çinə qaz nəqlinin artırılması ilə bağlı danışıqlar aparmaq cəhdləri dalana dirənib...

Kremlin 7 ildən artıqdır irəli sürdüyü 50 milyard kubmetr gücündə “Sibirin gücü 2” layihəsinin əvəzinə Pekin Türkmənistandan çəkiləcək yeni qaz kəmərinə üstünlük vermək qərarına gəlib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, Türkmən qazı Çinə Rusiya qazından 30% baha başa gəlsə də və Aşqabadla endirimlə bağlı danışıqlar uğursuz olsa da, Pekin Türkmənistandan ildə 30 milyard kubmetr idxal edəcək “Line D” layihəsinə yaşıl işıq yandırıb.

Çinin dövlət neft və qaz korporasiyası CNPC keçən həftə Sincan-Qırğızıstan sərhədindən Çinin Utsyuza şəhərinə ilk giriş nöqtəsi kimi 200 kilometrlik interkonnektorun texniki-iqtisadi əsaslandırmasını hazırlamağa başlayıb.

“Bu o deməkdir ki, D xətti hazırlanır” deyən mənbə Reters-ə bildirib ki, Çində daxili avtomobil yolunun tikintisinə gələn ilin əvvəlində başlayacaq.

Qeyd edilir ki, 2022-ci ildə Çin mövcud üç boru kəməri ilə Türkmənistandan 35 milyard kubmetr qaz idxal edib və bunun üçün 10,3 milyard dollar ödəyib.2019-cu ildə işə salınan “Sibirin gücü” ilə Rusiya tədarükləri 16 milyard kubmetr təşkil edib və bu qaz ixracının dəyəri türkmən qazından 2,5 dəfə aşağı olub - təxminən 4 milyard dollar.

Rusiya prezidenti Vladimir Putin mart ayında Kremldə Çin prezidenti Si Cinpinlə görüşündə qaz axınının 6 dəfə artırılaraq ildə 98 milyard kubmetrə çatdırılmasını təklif edib. Putin Sini “əziz dostum” adlandırsa da, Çin dilində danışsa da VƏ Sinin şərəfinə badə qaldırsa da, çoxdan gözlənilən qaz müqaviləsi baş tutmadı.

Rusiyanın bütün təkliflərinə və sarsılmaz və “strateji tərəfdaşlıq” haqqında bəyanatlarına baxmayaraq, Çin Türkmənistana üstünlük verir.

“Mərkəzi Asiya boru kəmərləri Çinin enerji və geosiyasi məkanında əsas investisiya hesab olunur. Bu, kommersiya aspektlərini aşan strateji dəyəri olan bir təchizat zənciridir”, deyə CNPC-nin qlobal strategiyası ilə tanış olan Çin rəsmisi Reuters-ə bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda bəzi cərimələr artırılır - Siyahı

Ukrayna əks-hücum kimi görünən hücumlara başlayıb...

Türkiyədə seçkidən bir gün əvvəl mayor ölkəni qarışdırıb, MİT hərəkətə keçib...

Baba Pünhanın qızı Elşən Binəqədini ittiham etdi - Video

Abşeron Təhsil İdarəsinin müdirinə ağır ittiham - "Qərəzlidir, imtahanlara müdaxilə edir"

Ukraynada Kaxovka SES-in bəndi məhv edilib - Video

Putinin peyğəmbərliyi: Kaxovka SES-in partladılmasından sonra FTX “çirkli bomba” tapıb...

Musa Avsevər Türkiyə SQ-nin Baş Qərargah rəisi təyin edilib

Sərxoşluq vəziyyətinin müayinə edilməsindən imtinaya görə cərimə artırılır...

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib

Azərbaycanda tanınmış telejurnalistin intiharının qarşısı alındı

Ən çox oxunanalar