Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikan nəşri Merkeli Rusiyaya “işləməkdə” ittiham edib...

Merkelin Rusiya ilə yaxın əlaqələri dünyanı iqtisadi təlatümlərə sürükləyib...

Almaniyanın keçmiş kansleri Angela Merkelin Rusiya ilə yaxın əlaqələri mövcud iqtisadi və siyasi təlatümlərə səbəb olub...

Poliqon xəbər verir ki, bu barədə Wall Street Journal nəşrinin məlumatında bildirili. Məqalədə qeyd olunur ki, Berlinin son illərdə apardığı təhlükəsizlik siyasəti onun mirasını rədd edir. Çünki Merkel Ukraynanın Avropa təhlükəsizlik arxitekturasına daxil edilməsinə davamlı olaraq müqavimət göstərirdi.

WSJ yazır ki, keçmiş kansler Almaniyanınvə onun qonşularının iqtisadiyyatını Rusiyanın enerji resurslarından asılı vəziyyətə salmışdı. Müharibə başlayandan sonra Berlin neft və təbii qazı başqa yerdə axtarmalı oldu - bu, həm biznes, həm hökumət, həm də sadə sakinlər üçün çox baha başa gəldi. Almaniya ötən qışda iqtisadiyyatı üçün lazımi miqdarda qaz təmin edə bildi, lakin bundan sonra nə olacağı bəlli deyil.

Nəşr xatırladıb ki, ABŞ-ın etirazlarına baxmayaraq, məhz Merkel “Şimal axını 2” qaz kəmərinin tikintisinə təkid edib.

Merkel hökuməti Almaniyanın ən böyük qaz anbarlarının dövlətin nəzarətində olan “Qazprom” qaz şirkətinə satışını da təsdiqləyib.

Bu magistral Rusiyanın enerji ixracını iki dəfə artırmalı idi, Berlin isə artıq 55 faiz Rusiyadan yanacaqdan asılı idi. Lakin Merkel hakimiyyətdən getdiyinə görə kəmər istismara verilməyib.

“Vəzifəsini tərk etdikdən sonra Merkel boru kəməri layihəsini sırf kommersiya həlli kimi müdafiə etdi. O, ucuz Rusiya qazı və ya mayeləşdirilmiş təbii qazın idxalı arasında seçim etməli olduğunu söylədi. Onun sözlərinə görə, maye qaz Rusiya qazından üçdə bir bahadır”, deyə məqalədə izah edilir.

WSJ qeyd edir ki, qaz Rusiyanın geosiyasi silahı idi və Merkel də bu silahın Avropada güclənməsi üçün lazım olan hər şeyi edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar